AMB "QE" proqramının aylıq həcmini azaltdı

13 Sentyabr 2018

Avropa Mərkəzi Bankı 2018-ci ilin sonuna kimi istiqraz alışı proqramının həcmini azaltmaqla, yumşaq monetar siyasətindən uzaqlaşır.

AMB "QE" proqramının aylıq həcmini azaltdı

Avropa Mərkəzi Bankının (AMB) "anti-böhran-siyasəti" sonuna yaxınlaşır. İyun ayında verilən qərara əsasən, Avropa Bankı istiqraz alışı proqramının (ing.: "QE") aylıq həcmini oktyabr ayından etibarən 15 milyard avroya kimi azaltdı. Beləliklə, bank "QE" proqraımın 2018-ci ilin sonuna kimi azaltmağa çalışır. 


Lakin cümə günü açıqlanan qərar ilə uçot faizinin sıfır faiz səviyyəsində qalacağı əminliyi artıb. Banklar mərkəzi bankda saxladıqları pulları üçün də əlavə olaraq 0.4% ödəməyə davam edəcəklər. Faiz dərəcələrində dönüş ilə bağlı isə qərarını AMB gələn ilin payız ayında verməyi planlaşdırır. Bank faiz dərəcələrinin ən azından 2019-ci ilin yay aylarına kimi cari səviyyələrdə qalacağını bir daha vurğulayıb. Beləliklə, kredit cəlb edən təfər aşağı faizlərdən faydalanmağa davam edəcəklər. 


Qeyd etmək lazımdır ki, avqust ayında istehlak qiymətləri illik müqayisədə 2.0% səviyyəsində olub. AMB də siyasəti ilə orta müddət ərzində 2.0%-lik inflyasiya hədəfləyir. 


Faiz qərarından sonra Bakı vaxtı ilə saat 16:30-da AMB sədri Mario Draqi toplantı nəticələri ilə bağlı mətbuat konfransı keçirib:


 - İqtisadi inkişaf gözləntiləri 2018-ci il üzrə 2.1%-dən 2.0%-ə, 2019-ci il üzrə isə 1.9%-dən 1.8%-ə azaldılıb; 


 - 2018-ci il üzrə infıyasiya gözləntiləri 1.7% səviyyəsində saxlanılıb;


 - Proteksionizm və digər risklər artıb;


 - İnflyasiya göstəricilərini nəzərə alaraq, "QE" proqraımını sonlandırmağa davam edəcəyiz;


 - "QE" proqramı bitdikdən sonra da iqtisadiyyata maliyyə dəstəyimiz davam edəcəkdir;


 - İnflyasiyanın hədəflərimizə çatacağına inanırıq; 


 - İqtisadi inkişafın miqyası genişlənib və inflyasiya artır;


 - Yenidən investisiya strategiyasını həyata keçirəcəyimizi müzakirə etmədik;


 -  Argentina və Türkiyədə mövcud vəziyyətinə yoluxma riskləri ciddi səviyyədə deyil;


 - AMB avronun rolunu artırmağa hazırdır;


 - Bu gün kommersiya bankları əvvəlki böhrana görə, daha güclüdür;


 - Proteksionizm əsas qeyri-müəyyənliyin səbəbidir;


 - İtaliya ilə bağlı hər hansı risk yoxdur;


 - Dünyada risklər artıb. Xüsusilə də borc səviyyələrində artım müşahidə edilir. Belə bir vəziyyətdə isə maliyyə siyasəti olmalıdır. Bunun isə əksini görürük. Lakin Avropada borc yüksək olsa da, özəl sektorda borc çox aşağı səviyyədədir.