AMB: Qeyri-müəyyənlik iqtisadi inkişafa təsir edir

04 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında böyük maraqla gözlənilən fundamental göstəricilər arasında AMB-nin toplantı protokolunda risklərə toxunulub.

AMB: Qeyri-müəyyənlik iqtisadi inkişafa təsir edir

Avropa mərkəzi bankının (AMB) mart ayında baş tutan faiz qərarı toplantısının bu gün yayımlanan protokolunda mövcud olan qeyri-müəyyənliklərin iqtisadi inkişafa mənfi təsir etdiyi göstərilib. 


Sənaye sektoru daxil olmaqla fundamental göstəricilər zəif açıqlanmaqda davam edir və inflyasiya üzrə göstəricilər də dinamika zəifdir. 


Bununla yanaşı, toplantı protokolunda uzun müddətli inflyasiya proqnozlarının da son aylar zəiflədiyi vurğulanıb.