AMB siyasətini yumşaltmağa tələsmir

02 İyul 2019

Birjalarda Avropa mərkəzi bankının siyasətini yenidən yumşalda biləcəyi proqnozlaşdırılsa da bu haqda danışmağın tez olduğu xəbəri yayılıb.

AMB siyasətini yumşaltmağa tələsmir

Blumberq agentliyinin ("Bloomberg") çərşənbə günü verdiyi xəbərə əsasən, Avropa mərkəzi bankının (AMB) idarə heyətinin üzvləri iyul ayı toplantısında monetar siyasətlərini yumşaltmaq istəmirlər. Pul-kredit siyasəti komitəsinin nümayəndələri daha çox əlavə iqtisadi göstəricilərin açıqlanmasını gözləmək niyyətindədirlər. 


İyul ayına kimi göstəricilər zəifləyərsə, AMB siyasətini yumşalda bilər. Lakin əksər üzvlər daha çox sentyabr ayına kimi gözləməyin tərəfdarıdırlar. 


Qeyd etmək lazımdır ki, maliyyə bazarlarında hal-hazırda siyasətin yumşaldılması, xüsusilə də mənfi əmanət faizlərinin daha da azaldılması proqnozlaşdırılır.