AMB: Ticarət riskləri azalıb, kredit dövriyyəsi artıb

23 Yanvar 2020

Beynəlxalq maliyyə bazarlarında böyük maraqla gözlənilən Kristin Laqardın çıxışı müsbət qiymətləndirilib.

AMB: Ticarət riskləri azalıb, kredit dövriyyəsi artıb

Avropa Mərkəzi Bankı (AMB) cümə axşamı uçot faiz dərəcəsini 0%-də saxlayıb. Bununla yanaşı, mənfi əmanət faizi (-0.5%) və noyabr ayında başlayan aylıq həcmi 20 milyard avro olan istiqraz alışı proqramı da qüvvədədir. 

Kristin Laqardın noyabrın 1-dən etibarən sədrlik səlahiyyətlərinə başlaması ilə bankın imkanlarının genişləndirilməsi üçün ilk dəfə olaraq hədəfin inflyasiya dəhlizi kimi təyin olunması müzakirələri başladı. Bu istiqamətdə isə Laqard dekabrda ilk çıxışı zamanı bankın siyasətini araşdırılması qərarını və nəticələrin ilin sonuna kimi hazır olacağı tapşırığını vermişdi. 

Faiz qərarının açıqlanmasından sonra baş tutan mətbuat konfransında isə bank sədri, Avrozona iqtisadiyyatı vəziyyətin yaxşılaşdığını bildirib. Sonuncu fundamental göstəricilər iqtisadiyyatın stabilləşməsinə işarədir. Lakin iqtisadiyyata təhdidlər azalsa da üstünlük təşkil edir. 

ABŞ ilə Çin arasında yanvarda ticarət sazişinin birinci hissəsinin razılaşdırılması fonunda ticarət risklərinin də azaldığına vurğu edən Laqard, daxili bazarda xüsusilə özəl sektor və ev təsərrüfatlarında kredit cəlbinin artdığını da əlavə edib. 

Bununla yanaşı, Laqardenin sədrliyi altında bank bir daha Avropa ölkələrinin də inkişafın təmin olunması üçün töhvələrini verməli lduğunu təkrarlayıb. Bu, maliyyə imkanları olan hökümətlərdən islahatlarını sürətləndirilməsi tələb olunduğu deməkdir. 

Banksın strategiyasının araşdırılmasına da toxunan Laqard, bildirib ki, araşdırma təqdim edilməsini, yoxlanış üsullarını, açıqlanmasını, qərarının bəyan edilməsi üslubunu əhatə edəcəkdir. 

Qeyd etmək lazımdır ki, AMB-nin əsas məqsədi Avrozonada dayanıqlı qiymətlərə nail olmaqdır. Bu orta müddətdə illik inflyasiyanın 2%-ə çatdırılmasıdır. Bankın hədəfinə çatması üçün təyin etdiyi və illərdi davam edən mənfi faiz siyasəti və istiqraz alışı proqramı isə müqavimətlərlə rastlaşır. 


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%