AMB uçot faizini sıfır səviyyəsində saxladı

24 Yanvar 2019

Beynəlxalq maliyyə bazarlarında gözlənildiyi kimi Avropa Bankı uçot faiz dərəcəsində dəyişiklik etmədi və sıfır faiz siyasətinə davam etməkdədir.

AMB uçot faizini sıfır səviyyəsində saxladı

Avrozonasında uçot faiz dərəcəsi sıfır səviyyəsində qalır. Bu haqda qərarını Avropa Mərkəzi Bankı (AMB) cümə axşamı açıqlayıb. Maliyyə bazarlarında eyni qərar gözlənilirdi. 


Bununla yanaşı, marjinal kreditləşmə imkanı faizi 0.25% və əmanətlər üzrə məhdudlaşdırılmış imkanı faiz dərəcəsi isə mənfi 0.40% səviyyəsində saxlanılıb. 


Qeyd etmək lazımdır ki, ilk faiz artımı 2019-ci ilin payız ayında planlaşdırılır. Maliyyə bazararında bankın əmanətlər üzrə faizləri artırmaqla başlayacağı proqnozlaşdırılır.