AMB və FED: Ehtiyatlı mövqelər və korreksiya

26 Fevral 2020

AMB və FEDin gələcək siyasətlərinə dair verəcəkləri açıqlamaları öncəsi dollar, avro, funt və qızılın qiymətlərində korreksiya davam etməkdədir.

AMB və FED: Ehtiyatlı mövqelər və korreksiya

Beynəlxalq birjalarında dollar, avro, funt sterlinqin və qızılın qiymətlərində son tendensiya davam etməkdədir.  

Belə ki, mart ayında Avropa və Amerika mərkəzi banklarının açıqlayacaqları faiz qərarları öncəsi, orta müddətli trendə istiqamət verən dolların qiymətində korreksiya müşahidə edilir. 

Beləliklə, dolların aparıcı valyutalara nisbətən qiymətləri mart ayının ortalarına kimi son üç həftənin maksimum və minimumları arasında dalğalanacağı proqnozlaşdırılır. 

Əlvan metallar bazarlarında da qızılın qiymətində korreksiya müşahidə edilir və bu, korreksiya 1580$-a kimi dərinləşə bilər.