09.09.2019 AMB və FED faiz qərarları

09.09.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

09.09.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Avro AMB qərarı öncəsi 1.11$-ın altında ticarət edilir. 

Beynəlxalq maliyyə bazarlarında Avropa Mərkəzi Bankının cümə axşamı son üç ildə ilk dəfə faiz azaldılmasına gedə biləcəyi proqnozları fonunda avro 1.11$-ın altında ticarət edilməkdədir. Bank faiz azaldılması ilə yanaşı, iqtisadiyyata dəstək üçün istiqraz alışı proqramını bərpa etməsi ilə bağlı açıqlama da verəsə, bu, EUR/USD məzənnəsində ucuzlaşmanı 1.09 və 1.07$-a kimi də sürətləndirə bilər. 

Bununla bərabər, Amerika Mərkəzi Bankının uçot faiz dərəcələrində faiz azaldılmasına gedə biləcəyi ehtimalları da diqqət mərkəzində saxlanılmalıdır. Son günlər isə bu ehtimallar azalıb. 


Brent neftində bahalaşma 65$-a kimi proqnozlaşdırılır. 

Avropanın Brent markalı neftinin qiyməti sonuncu dəfə 59$-da dəstək görərək, bahalaşmağa başlayıb. 62$-a təklif edilən bir barel üzrə qiymət, 63$ müqavimətini qırarsa, 65$-a kimi də dəyər qazana bilər. ABŞ ilə Çin arasında danışıqların bərpasına dair yeni xəbərlərin yayılması da, burada müsbət əhval-ruhiyyənin daha da artmasına səbəb olur. 


Qızılda korreksita 1475$-a kimi dərinləşə bilər. 

Dünyada siyasi və iqtisadi risklərin azalmasına təsir edən xəbərlərin dərc edilməsi, əlvan metallar bazarlarında güvənli liman maliyyə aləti qiymətinin avqust ayının orta qiymətlərinə kimi geriləməsinə səbəb olub. Təhlillərə əsasən, bir unsiya üzrə qiymət 1503$-ı aşağı istiqamətdə qırarsa, 1475$-a kimi də ucuzlaşa bilər.