AMB və TCMB-nin faiz qərarları diqqət mərkəzində

25 İyul 2019

AMB və TCMB-nin faiz qərarlarında azaldılma proqnozları avro və lirənin də ucuzlaşmalarına təsir edə biləcəyi ehtimal edilir.

AMB və TCMB-nin faiz qərarları diqqət mərkəzində

Beynəlxalq maliyyə bazarlarında Avropa mərkəzi bankının (AMB) pul-kredit siyasətini daha da yumşalda biləcəyi ehtimalları son günlər EUR/USD məzənnəsinin ucuzlaşmasına səbəb olan amillər arasındadır. 

Təhlillərə əsasən, artıq 1.11$-a ticarət edilən avronun qiyməti sözügədən səviyyənin altına düşərsə, 1.10$-a kimi də ucuzlaşa bilər.

AMB-nin qərarının Bakı vaxtı ilə saat 15:45-də açıqlanması gözlənilir. Saat 16:30-da baş tutacaq bankın mətbuat konfransı da investorların diqqət mərkəzində olacaqdır. 

Qeyd etmək lazımdır ki, avroda ucuzlaşma digər aparıcı valyutaların da dollara olan məzənnələrinə mənfi təsir edə bilər. 

Türkiyə mərkəzi bankının (TCMB) saat 15:00-da yayımlanacaq faiz qərarında da azaldılma proqnozlaşdırılır. Proqnozlar özünü doğruldarsa, USD/TRY məzənnəsi 5.80TL-yə kimi bahalaşa bilər.