AMB və TCMB-nin qərarları

12 Sentyabr 2019

Beynəlxalq maliyyə bazarlarında Amerika sessiyasında avronun ucuzlaşmasına baxmayaraq, yenidən bahalaşa biləcəyi proqnozlaşdırılır.

AMB və TCMB-nin qərarları

EUR/USD 1.10$-da dəstək gördü. 

Beynəlxalq valyuta birjalarında bu gün aylardır böyük maraqla gözlənilən Avropa Mərkəzi Bankının Bakı vaxtı ilə saat 15:45-də açıqlanacaq faiz qərarı öncəsi avro ucuzlaşıb. 

Bununla yanaşı, Avropada aşağı faizlərdən əziyyət çəkən kommersiya banklarına dəstək paketinin də açıqlanması gözlənilir. Bunun baş verəcəyi təqdirdə isə Amerika sessiyasında 1.10$-da dəstək görən EUR/USD məzənnəsində bahalaşma, 1.12$-a kimi sürətlənə bilər. 

Qeyd etmək lazımdır ki, Amerika hökümətinin Çindən idxal olunan 250 milyard dollar dəyərində məhsullara rüsumların tətbiq olunmasını ərtələməsi dolların aparıcı valyutalara nisbətən qiymətlərinə müsbət təsir edib. 


TCMB-nin faizlərində azalma və lirədə ucuzlaşma proqnozları. 

Bu gün Türkiyə Mərkəzi Bankının da faiz azaldılmasına gedə biləcəyi ehtimal edilir. Bunun fonunda USD/TRY məzənnəsi 5.75TL-yə ticarət edilməkdədir və 5.79TL-ni yuxarı qıracağı təqdirdə, 5.88TL-yə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.