AMB yumşaq pul siyasətinə davam edir

14 Dekabr 2017

Avropa Mərkəzi Bankı inflyasiyanın aşağı olmasından narahatdır.

AMB yumşaq pul siyasətinə davam edir

Avropa Mərkəzi Bankı (AMB) əmanətçilərə faiz dərəcələrində yaxın zamanda dönüşün olmayacağı fonunda yenidən məyus edib. Lakin bu gözlənilirdir. Belə ki, AMB uçot faiz dərəcəsini gözlənildiyi kimi cümə axşamı "0.0%" səviyyəsində saxlanılması qərarını verib. 

Oktyabr ayında AMB dövlət və şirkət istiqrazlarının alınması proqramının müddətini 2018-ci ilin sentyabr ayına kimi uzatmışdı. Bununla yanaşı, proqramın aylıq həcmi yanvar ayından etibarən 60 milyard avrodan 30 milyard avroya salınmışdır. Mütəxəssislər isə bu qərarı yumşaq monetar siyasətin dayandırılmasına başlanğıc kimi qiymətləndirmişdi. 

Beləliklə, banklardan demək olar ki, faiz ala bilməyən əmanətçilər bir müddət də gözləməli olacaqlar. AMB isə faiz dərəcəsini istiqraz alışı proqraımınən bitməsindən xeyli müddət sonra dayandırmaq istəyir - 2019-ci ilin sonu və ya 2020-ci ildə 

Pullarını AMB-də saxlayan kredit təşkilatlar da 0.4%-lik əmanət faizi ödəməkdə davam edəcəklər. 

Qeyd etmək lazımdır ki, AMB yumşaq monetar siyasəti ilə illərdir iqtisadi inkişafı və inflyasiyanı gücləndirməyə çalışır. Bankın hədəfi isə orta müddətə iki faizliklik inflyasiyaya nail olsun. Sonuncu dəfə isə inflyasiya Avrozonada 1.5%, Almaniyada isə 1.8% olmuşdur. Avrozonada iqtisadiyyat orta sürətdə artsa da, bank inflyasiyaya hələ də dəstək olmağın tərəfdarıdır. Aşağı və ya azalan inflyasiya sahibkar və istehlakçıları investisiyalardan çəkindirir. Yumşaq monetar siyasət isə bank və əmanətçilərə çətinlik yaratsa da, kredit almaq istəyənlər - mənzil və ev alışları üçün vəziyyətdən yaxşı istifadə edə bilirlər. 

Məlumatın açıqlanmasından sonra EURUSD məzənnəsində güclü hərəkətlilik müşahidə edilməyib. İnvestorlar daha çox Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq Avropa Mərkəzi Bankının mətbuat konfransını gözləyirlər.