Amerika fond indeksləri diqqət mərkəzində

22 Noyabr 2018

Beynəlxalq birjalarda fond indekslərinin yenidən bahalaşmaları, Amerika Mərkəzi Bankının faiz artımı fonunda gözləntiləri yenidən artırıb.

Amerika fond indeksləri diqqət mərkəzində

Beynəlxalq valyuta birjalarında son bir aydır Amerika və Avropa birjalarında ucuzlaşan fond indeksləri fonunda risklər investorların diqqət mərkəzində qalmaqdadır. Bu, son zamanlar Amerika Mərkəzi Bankının faiz artımı gözləntilərinin zəifləməsinə və beləliklə, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin də ucuzlaşmasına təsir etmişdir.


Lakin çərşənbə günü fond indeksləri yenidən bahalaşmağa başlayıb və bahalaşma bu gün də davam edərsə, dolların aparıcı valyutalara nisbətən qiymətləri də 0.7% bahalaşmasına təsir edə bilər.


Amerikanın səhm indeksləri "S&P500" və Dou Consun (ing.: "Dow Jones") noyabr ayının ortalarından etibarən ucuzlaşmaları, dünya birjalarında ticarət aktivliyinin azalmasına səbəb olmuşdur. Belə ki, "S&P500" və Dou Consun müvafiq olaraq 2700 və 25074 punktu aşağı istiqamətdə qırmaları, sözügedən qiymətlərin daha da ucuzlaşa biləcəyi proqnozlarını gücləndirmişdir. Bundan sonra qiymətlər müvafiq olaraq 2631 və 24358 səviyyələrinə kimi ucuzlaşsa da çərşənbə günündən etibarən yenidən bahalaşmağa başlayıb. 


Hal-hazırda "S&P500" indeksi 2851, Dou Cons indeksi isə 24500 punkta ticarət edilir. Təhlillərə əsasən, "S&P500" indeksi 2671 və Dou Cons indeksi 24661 punktu da yuxarı istiqamətdə qırarsa, bahalaşma daha da güclənə bilər. 


EUR/USD məzənnəsi 1.14$-ın altında və USD/TRY məzənnəsi 5.32TL-yə ticarət edilməkdədir. Əmtəə bazarlarında isə Brent neftinin bir barel qiyməti 63$, qızılın bir unsiya üzrə qiyməti 1227$-a təklif edilməkdədir.