Amerika fond indekslərində önəmli bahalaşma

15 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Amerika fond bazarlarında bahalaşma proqnozlarının güclənməsi, iqtisadi risklərin azalmasına işarədir.

Amerika fond indekslərində önəmli bahalaşma

Beynəlxalq maliyyə bazarlarında Amerika fond indekslərində müşahidə edilən cari tendensiya investorların diqqət mərkəzində olan hadisələr arasındadır. 


Belə ki, SP500 indeksində 2018-ci ilin dördüncü rübünün önəmli müqavimət səviyyəsi sayılan 2822.0 punktun qırılması, ilin əvvəlindən başlayan bahalaşmanın davam edə biləcəyinə işarədir. 


Image title


Dou Cons (ing.: "Dow Jones") indeksinin qiymətində də gələcəkdə eyni qrafik mənzərənin müşahidə edilə biləcəyi proqnozları güclü olaraq qalır. Fond bazarlarında hal-hazırda 15764 punkta ticarət edilən "Dow Jones" indeksi, fevral ayında 26239 punkta kimi bahalaşsa da 2018-ci ilin dördüncü rübünün önəmli müqavimət səviyyəsi sayılan 26275 punktu qıra bilməyib yenidən ucuzlaşmağa başladı. Lakin mart ayının əvvəlindən başlayan bahalaşma, proqnozları yenidən gücləndirib. 


Image title


Bu gün Asiya sessiyası daxil olmaqla son günlər ABŞ ilə Çin arasında ticarət böhranının həll edilməsinə dair müsbət xəbərlərin açıqlanması, şirkət səhmlərinin qiymətlərində cari tendensiyanı gücləndirə bilər. 


Qeyd etmək lazımdır ki, Beynəlxalq maliyyə bazarlarında Amerika fond bazarlarında bahalaşma proqnozlarının güclənməsi, iqtisadi risklərin azalmasına işarədir.