Amerikada inflyasiya 2.3%-ə yüksəldi

14 Yanvar 2020

Beynəlxalq maliyyə bazarlarında bu gün böyük maraqla gözlənilən, Amerikada inflyasiya göstəriciləri proqnozlaşdırıldığı kimi artımla açıqlandı.

Amerikada inflyasiya 2.3%-ə yüksəldi

Amerikanın statistika idarəsinin çərşənbə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, istehlak qiymətləri indeksi dekabrda illik müqayisədə 2.3% artıb. Mütəxəssislər də illik indeksin 2.1%-dən 2.3%-ə kimi artacağını proqnozlaşdırırdılar. Baza indeksi də ehtimal edildiyi kimi 2.3% olub. 

Qeyd etmək lazımdır ki, Amerika Mərkəzi Bankı 2% ətrafında dayanıqlı inflyasiya hədəfləyir. Bugünkü göstərici isə FED-in keçən il başlatdığı faiz azaldılması siyasətinin cari ildə də davam edəcəyi ehtimallarını azaldır. 


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%