Amerikada inflyasiya 2.5%-ə yüksəldi

13 Fevral 2020

Amerikada inflyasiya proqnozlaşdırılandan daha sürətlə artır.

Amerikada inflyasiya 2.5%-ə yüksəldi

Amerikanın statistika idarəsinin cümə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, yanvar ayında istehlak qiymətləri indeksi illik müqayisədə 2.5% artıb, baza indeksi isə 2.3%. 

Mütəxəssislər isə inflyasiyanın 2.3%-dən yalnız 2.4%-ə kimi yüksələcəyini, baza indeksinin isə 2.3%-dən 2.2%-ə düşəcəyini proqnozlaşdırırdılar. 

Qeyd etmək lazımdır ki, Amerikada inflyasiyanın yüksək olması FED-in faiz azaldılması ehtimallarını da azaldır.