ABŞ-da inflyasiya yalnız 2.3%-ə düşdü

11 Mart 2020

Amerikada illik inflyasiyanın 0.3% düşməsinin proqnozlaşdırılmasına baxmayaraq, yalnız 0.2% azalıb.

ABŞ-da inflyasiya yalnız 2.3%-ə düşdü

Amerikanın statistika idarəsinin çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, fevral ayında istehlak qiymətləri indeksi illik müqayisədə 2.3% artıb. 

Bu göstərici yanvar ayında 2.5% açıqlanmaqla bərabər mütəxəssislər göstəricinin 2.2%-ə kimi azalmasını proqnozlaşdırırdılar. 

Qeyd etmək lazımdır ki, göstəricinin proqnozlaşdırılandan yaxşı açıqlanması, gələcək aylarda arta biləcəyinə işarədir.