Amerikada rüblük inkişaf 2.2%-ə düşdü

28 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün ABŞ-dan böyük maraqla gözlənilən fundamental göstəricilər proqnozlaşdırılandan psi açıqlanıb.

Amerikada rüblük inkişaf 2.2%-ə düşdü

Amerikanın milli statistika mərkəzinin cümə axşamı verdiyi məlumatlara əsasən, ölkədə oktyabr-dekabr ayları ərzində istehsal edilən mal və xidmətlərin dəyəri 2018-ci ilin 3-cü rübü ilə müqayisədə 2.2% artıb. 


Bu göstərici 2018-ci ilin 1-ci rübündə 2.2%, 2-ci rübündə isə 4.2% və 3-cü rübündə 3.4% idi. Analitiklər isə rüblük artım dinamikasının dördüncü rübdə yalnız 2.4%-ə düşəcəyini ehtimal edirdilər. Bu gün açıqlanan göstərici ikinci hesablanma idi. Yekun hesablanmanın isə aprel ayının sonlarında açıqlanması gözlənilir. 


2017-ci il üzrə rüblük inkişaf birinci rübdə 1.2%, ikinci rübdə 3.1%, üçüncü rübdə 3.2% və 4-cü rübdə 2.3% olmuşdur. 


Qeyd etmək lazımdır ki, ÜDM ölkədə müvafiq dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyəridir və ölkə iqtisadiyyatının gücünü əks etdirir.