Amerikada siyasi və iqtisadi həyəcan, EUR, GBP və JPY

17 Aprel 2020

Dünya birjalarında son günlər müşahidə edilən müsbət qiymət dinamikalarının məhdud olması, Amerika iqtisadiyyatının bərpasına dair gözləntilərdən asılıdır.

Amerikada siyasi və iqtisadi həyəcan, EUR, GBP və JPY

Amerika prezidenti Donald Trampın iqtisadiyyatın yenidən canlandırılması üçün komissiya təşkil etməsinə dair xəbərlər, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin keçən həftənin orta qiymətin kimi bahalaşmasına səbəb olmaqdadır. Lakin komissiyaya cəlb ediləcək mütəxəssislər fonunda mediada müqavimətin artması da investorların diqqət mərkəzindədir. 

Qlobal iqtisadiyyatın sürətlə daraldığı bir dövrdə Çindən, xüsusilə də ölkənin sənaye sektorundan müsbət xəbərlərin gəlməsinə baxmayaraq, Amerikada da siyasi və iqtisadi proseslər böyük maraqla izlənilir və birjalarda önəmli rol oynayır. Belə ki, Amerika hökümətinin son qərarları fonunda ölkədə tənqidlərin artması, maliyyə bazarlarında qiymət artımlarının məhdud qalmasına səbəb olur. 

Donald Trampın iqtisadi və ictimai həyatda sərt məhdudiyyətlərin qaldırılmasının yaradılmasına qərar vediyi komissiyadan asılı olacağını bəyan etməsi və Ümumdünya Səhiyyə Təşkilatını tənqid etməsi və təşkilata maliyyə yardımını dayandırması, Universitetlərin hüquq professorları, müxaliflər - Demokratlart və bəzi ştatların prezidentləri tərəfindən mümkünsüz hesab edirlər. Amerika konstitusiyasında sosial həyata dair qərarları yalnız ölkənin federativ ştatların prezident və bələdiyyə başçıları verə bilər və onlar kütləvi testlərin tərəfdarıdır. Ölkə prezidenti isə ştatların büdcə siyasətlərinin və təchizatın mərkəzi hökümətdən asılı olmasına arxalanır. 

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi son bir aydır 1.11-1.06$ aralığında dalğalanmaqdadır. Burada bir aydın istiqamətin müşahidə edilməməsi, dünyada gedən siyasi və iqtisadi hadisələrin gələcəyinə dair qeyri-müəyyənliyin artmasıdir. Daha qısa perspektivdə avroda cari həftənin başlaması ilə başlayan ucuzlaşma önəmli rol oynamaqdadır və 1.08$-ın qırılması ilə ucuzlaşma, 2020-ci ilin minimumuna - 1.06$-a kimi davam edə bilər. 

GBP/USD məzənnəsi isə son 3 ay ərzində davam edən sürətli eniş dalğasından sonra 1.14$-da gördüyü dəstək fonunda bu gün artıq 1.25$-a yaxın ticarət edilməkdədir. Lakin qısa müddətli perspektivdə burada da mart ayının ortalarından başlayan bahalaşma dinamikasının son 3 həftə ərzində zəifləməsi də önəmli rol oynaya bilər və 1.22 və 1.19$-a kimi korreksiya proqnozlaşdırılır. 

USD/JPY məzənnəsində də mart ayının əvvəlindən etibarən bahalaşma müşahidə edilir. Bu artım dalğası ayın son günlərində güclü müqavimətlə rastlaşaraq, məzənnənin son günlərə kimi ucuzlaşmasına səbəb olması artıq geridə qalmış kimi görünür. Cümə axşamı Amerika sessiyasında 107 yendə dəstək görən Dollar/Yen valyuta cütlüyünün qiyməti 108 yeni də qıraraq, üzərində möhkəmlənərsə, artım dalğasının bərpasından danışa bilərik. 

Bütün bunlarla yanaşı, bu gün Bakı vaxtı ilə saat 8:30-da Yaponiyadan sənaye sektoru və saat 13:00-da Avrozonadan inflyasiya ilə bağlı dərc ediləcək, önəmli fundamental göstəricilərin təhlilə daxil edilməsi də unudulmamalıdır.