Amerikanın əmək bazarında inkişaf sürəti zəifləyib

04 May 2018

ABŞ-ın əmək bazarında işsizlik azalsa da, burada dinamikanın zəiflədiyi və əmək haqlarının aşağı səviyyədə artdığı müşahidə edilir.

Amerikanın əmək bazarında inkişaf sürəti zəifləyib

Amerikanın statistika idarəsinin cümə günü verdiyi rəsmi məlumatlara görə, ölkədə aprel ayı ərzində qeyri-kənd təsərrüfatında məşğulların sayı (ing.: "NFP") 164 000 nəfər artıb və işsizlik 3.9%-ə düşüb. Əmək haqlarında artım dinamikası isə aprel ayında yenidən 0.1%-ə kimi azalıb. Əmək haqlarının artım dinamikası və əmək haqları ilə bağlı göstəricilər analitiklərin gözləntiləri altında açıqlansa da, işsizliklə bağlı göstərici proqnozlaşdırılandan daha çox azalıb. Belə ki, mütəxəssislər "NFP" üzrə 189 000 nəfər, işsizlik səviyyəsinin isə 4.0%-ə düşəcəyini ehtimal edirdilər. 


Amerikada qeyri-kənd təsərrüfatı sahələrində işləyənlərin sayı ümumi istehsalatda işləyənlərin 80%-i təşkil etdiyi üçün "NFP" göstəricisi Amerikanın əmək bazarındakı gələcək vəziyyəti ölçmək üçün daha önəmli rol oynayır. 


İşsizlik səviyyəsində azalma müşahidə edilsə də burada və həmçinin əmək haqlarının artım dinamikasında zəifləmə, əmək bazarında ümumi mənzərənin zəiflədiyinə işarədir. Amerika Mərkəzi Bankı (FED) da sonuncu monetar siyasəti qərarında iqtisadi inkişafın güclənməsi fikirlərini ixtisar edib. Bununla yanaşı, Əmək haqlarında artım göstəricisinin isə gözlənilən olması və burada güclü dinamikadan xəbər vermir. Bununla yanaşı, məşğulların sayında artım dinamikası da 2016-ci ilin maksimum səviyyələri altında inkişaf edir. 2016-ci ildə ABŞ iqtisadiyyatında inkişaf sürəti 1.2%-ə kimi azalmışdır. 


Məlumatların açıqlanmasından sonra son günlər dörd ayın maksimum səviyyələrində ticarət edilən dolların aparıcı valyutalara nisbətən qiymətlərində güclü dalğalanma müşahidə edilməyib.