Amerikanın əmək bazarından mənfi göstəricilər

03 Aprel 2020

Amerikada məşğulların sayı azalaraq, işsizlik səviyyəsinin son 3 ilin maksimumuna yüksəlməsinə səbəb olub.

Amerikanın əmək bazarından mənfi göstəricilər

Amerikanın statistika idarəsinin cümə günü açıqladığı rəsmi məlumatlara əsasən, mart ayında qeyri-kənd təsərrüfatında işləyənlərin sayı 701 min nəfər azalıb, işsizlik səviyyəsi 4.4%-ə yüksəlib. Bununla yanaşı, əmək haqlarının illik artım dinamikası 3.1, aylıq dinamika isə 0.4%-ə yüksəlib. 

Mütəxəssislər isə məşğulların sayında yalnız 100 min nəfər azalma, işsizliyin isə 3.9%-ə yüksələcəyini, əmək haqlarının illik dinamikasında 3%-də qalacağını, aylıq dinamikanın isə 0.2%-ə düşəcəyi proqnozlaşdırırdılar.