Amerikanın sənaye indeksi sürətlə düşür

20 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında Amerikanın sənaye sektorunu ölçən indeks proqnozlaşdırılandan daha çox azalması mənfi qarşılanıb.

Amerikanın sənaye indeksi sürətlə düşür

Filadelfiya mərkəzi bankının bu günə açıqlayacağı rəsmi məlumatlara görə, Filadelfiyada fəaliyyət göstərən 250 fabrik arasında aparılan sorğunun nəticələri üzrə orta sənaye indeksi iyun ayında 16.6 punktdan 0.3 punkta qədər azalıb. 


Mütəxəssislər yalnız 10.6 punkta kimi azalma proqnozlaşdırırdılar. 


Qeyd etmək lazımdır ki, göstərici 2016-ci ilin avqust ayından etibarən ilk dəfə bu ilin fevral ayında mənfi açıqlanmışdır. Bu müddət ərzində ən yüksək göstərici 43.3 punkt ilə 2017-ci ilin fevral ayında qeydə alınmışdı. 


Bundan sonra göstərici artaraq, may ayından pik nöqtəsinə çatdıqdan sonra iyun ayında yenidən azalıb.