Amerikanın xidmət sektorunda inkişaf sürəti azalıb

26 İyul 2016

Xidmət sektoru ABŞ iqtisadiyyatının təqribən 70%-ı təşkil edir

Amerikanın xidmət sektorunda inkişaf sürəti azalıb
ABŞ iqtisadiyyatının təqribən 70%-ı təşkil edən xidmət sektorunda inkişaf sürəti azalıb.
 
"Markit" araşdırma mərkəzinin çərşənbə axşamı verdiyi məlumata görə, ABŞ-ın xidmət sektoru üzrə indeksi iyul ayında 51.4-dən 50.9-a kimi 5 punkt azalıb. Mütəxəssilər isə indeksin yalnız 52.0-a kimi 6 punkt artacağını gözləyirdilər. Lakin inkişaf sürəti azalsa da, 50-dən yuxarı yayımlanan əmsal inkişafı əks etdirir.
 
Xidmət sektorunda biznes fəaliyyəti indeksi (PMI) xidmət sektorunda fəaliyyət göstərən menecerlərin aktivlik səviyyəsini ölçür. 50-dən yuxarı olan göstərici artım haqqında, 50-dən aşağı olan göstərici isə azalma haqqında işarədir. İndeks Amerikanın xidmət sektorunun rifahının ölçülməsi üçün istifadə edilir.