İlkin Alıyev

Analitik
Türkiyə iqtisadiyyatının cari vəziyyəti üzrə təhlillər USD/TRY məzənnəsi üçün potensial səviyyənin 6.46TL ola biləcəyini deməyə əsas verir
14 Mart 2019

6.46 lirə iqtisadiyyat üçün sərfəli ola bilər

Türkiyə iqtisadiyyatında USD/TRY məzənnəsinin cari səviyyələrdən daha çox ucuzlaşmasının, sənaye və xarici ticarət dövriyyəsinə mənfi təsir etdiyi müşahidə edilib. Bu, məzənnənin gələcək aylar ərzində cari bahalaşma dalğasının güclənə biləcəyini proqnozlaşdırmağa əsas verir. 


USD/TRY məzənnəsinin 2018-ci il ərzində 4.00TL-dən 7.10TL-yə kimi bahalaşması şəraitində ölkədə inflyasiya 10%-dən 22%-ə kimi bahalaşmağa başladı. Bununla yanaşı, xarici ticarət defisiti 9 milyard dollardan 1 milyard dollara kimi azalmağa başladı. İstehsal inflyasiyasında artım dinamikasının isə 34%-ə (12-46%) çatması, idxalın azalmasına və xarici ticarət balansında ixracın sürətli artmasına işarədir. Sənaye istehsalının illik artım dinamikası da 8-14%-ə çatmışdır. 


Beləliklə, Türkiyədə hal-hazırda yüksək inflyasiya ilə mübarizədə yeganə yol, lirənin ucuzlaşmasına imkan verməkdir. Bundan sonra yüksək inflyasiya ilə yanaşı, istehsal da yenidən yüksələr, xarici ticarət dövriyyəsində müsbət saldo əldə etmək imkanları yaranar, əmək bazarında müsbət irəliləyişlər əldə edilər.  Qeyd etmək lazımdır ki, USD/TRY məzənnəsində 5.13TL-yə kimi ucuzlaşma nəticəsində yuxarıda sadalanan müsbət fundamental amillər yenidən zəifləməyə başlamışdı. 


USD/TRY məzənnəsinin 2018-ci ilin ikinci yarısında ucuzlaşmağa başlamasından sonra sənaye istehsalı illik müqayisədə 10% azalmış, xarici ticarətdə defisit 3 milyard dollara, işsizlik 10%-dən 12%-ə yüksəldi. 


Image title


Dollar/Lirə valyuta cütlüyünün qiymət qrafiki üzrə texniki təhlillərə əsasən, 5.5440TL-nin yuxarı istiqamətdə qırılması, 5.6060TL-yə kimi bahalaşmasını gücləndirə bilər. USD/TRY məzənnəsinin sonuncu səviyyənin üzərində möhkəmlənməsi isə daha uzun müddətli perspektivdə 5.8726 və 6.4625TL-yə kimi bahalaşmasını proqnozlaşdırmağa əsas verəcəkdir. 


Məhz bundan sonra ölkə iqtisadiyyatında innovasiyalara investisiyalar arta və inflyasiya ilə mübarizədə güclü imkanlar əldə edilə bilər. 


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%