Samir Əsədov

Müştərilərə Dəstək Mərkəzinin rəhbəri
Amerikanın maliyyə nazirliyinin bu addımı dolların bahalaşmasına səbəb ola bilər
21 Fevral 2018

ABŞ bazarlardan dolları çəkməyə başlayıb

ABŞ Maliyyə Nazirliyi təxminən yarım il gecikmədən sonra son doqquz ildə dövlət borcunun ən böyük artım prosesini başlatdı.


Çərşənbə axşamı keçirilmiş hərracda ABŞ xəzinədarlığı tarixində görülməmiş həcmdə, 179 milyard dollarlıq istiqraz satışını həyata keçirdi. Investorlara 55 milyardlıq 4 həftəlik veksellər, 51 milyardlıq 3 aylıq veksellər, 45 milyardlıq 6 aylıq istiqrazlar, 28 milyardlıq 2 illik notlar təklif edildi. Ümumi tələb 489.5 milyard dollara çatdı.


Çərşənbə günü 64 milyard dollar həcmində 5 illik və 7 illik istiqrazlar üçün daha iki yerləşdirmə olacaq. Hərracların həftəlik həcmi 258 milyard dollar olacağı gözlənilir ki, bu da  ABŞ tarixində mütləq rekord olacaq.


Dövlət qiymətli kağızlarının yerləşdirilməsi, həftəlik 64 milyard dollar və ayın əvvəlindən 154 milyard dollar təşkil edəcək ki, bu da yanvar göstəricilərindən ikiqat artıq həcmdə olacaq.


Bu yalnız başlanğıcdır. ABŞ xəzinədarlığının proqnoz-planlaşdırma komitəsinin məlumatına əsasən, birinci rübdə bazardan 441 milyard dolların istiqrazlar vasitəsilə büdcəyə geri çəkilməsi planlaşdırılır. Bu rəqəm isə 2008-2009 böhranından sonra ən böyük həcmdir. Sözügedən böhran illərində ABŞ rəhbərliyi bank sisteminin təcili xilas etmək üçün bu addımı atmışdı.


Maraqlı məqam ondan ibarətdir ki, maliyyə nazirliyinin böyük həcmdə istiqraz buraxaraq, dollar kütləsini büdcəyə çəkmək planı ötən ildən gözləniləməsinə baxmayaraq, həyata keçirilməsi bir neçə dəfə təxirə salınmışdı.


Maliyyə nazirliyinin bu addımı atmasının əsas səbəbi isə vergi islahatları nəticəsində 2018 dövlət büdcəsində praktiki olaraq 2 qat - 1.2 trilyon dollar həcmində kəsirin yaranması təhlükəsidir.


Qısamüddətli baxışda yaxın aylarda da istiqrazların yerləşdirilməsi dollara dəstək ola bilər. ABŞ hökümətinin borc bazarı maliyyə bazarlarından dollar likvidliyinin geri çəkiminə başlayacaq və FED-in birinci dilerləri olan böyük banklar hansı ki, istiqrazların alışında əsas alıcı kimi çıxış edirlər, məcbur dollara yüklənəcəklər. Vəziyyəti daha da ağırlaşdıran isə odur ki, dollar likvidliyinin bazardan çəkilməsi kimi analoji əməliyyatları FED də həyata keçirir.


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%