İlkin Alıyev

Analitik
Dolların aparıcı valyutalara nisbətən qiymətlərinin tələbin azalması ilə ucuzlaşması müşahidə edilməkdədir
18 Mart 2019

Foreks bazarlarında dollar 1% ucuzlaşa bilər

Dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmağa başlayıb və 1.4% də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Amerikanın xarici ticarətinə dair açıqlanan sonuncu göstəricilərində defisitin proqnozlaşdırılandan daha çox artması, dolların ucuzlaşmasına səbəb kimi qiymətləndirilir. 


ABŞ hökümətinin açıqladığı rəsmi məlumatlarda dekabr ayında idxalın 264.9 milyard dollara kimi artması, 205.1 milyard dollara kimi azalması nəticəsində ticarət balansında mənfi saldo 59.8 milyard dollara kimi artmışdır. Lakin iqtisadçılar yalnız 57.9 milyard dollara kimi artım ehtimal edirdilər. 


Yeni göstəricilərin isə mart ayının 27-də açıqlanması gözlənilir və yanvar ayında defisitin daha da artması proqnozlaşdırılır. 


Bununla yanaşı, cari əməliyyatlar balansının defisitində də keçən ilin üçüncü rübündə güclü artım müşahidə edilib və mart ayının 27-də açıqlanacaq dördüncü rüb üzrə göstəricinin də 124 milyard dolların üzərində qalması proqnozlaşdırılır. 


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%