İlkin Alıyev

Analitik
AMB-nin bu gün ciddi trend dəyişikliyinə səbəb olacağı az inandırıcıdır, iqtisadi infrastrukturların yenilənməsi diqqət mərkəzində saxlanılmalıdır
08 İyul 2019

AMB-nin addımları nə qədər vacib rol oynayır

Dünyada 2012-ci illərdən sonra azalan inflyasiya ilə mübarizədə mərkəzi bankların iqtisadiyyatlara dəstək siyasətləri bu gün tendensiyanı yavaşlatması ilə seçilir, ümumi iqtisadi vəziyyət zəif dinamika ilə davam edir. İnflyasiyaya dair göstəricilərin tədqiq edilməsi vəziyyətin mərkəzi bankların siyasətlərindən asılı olmadığını, qlobal iqtisadiyyatlarda, xüsusilə də texnologiyalar sahəsində trend dəyişiklikləri ilə əlaqədar olduğunu görmək olar. Bu, avro kimi aparıcı valyutaların məzənnələrində bahalaşmanı şərtləndirən amillərin bir daha gözdən keçirilməsi üçün önəmlidir. 


Ümumi inkişaf etmiş bazarlarda bu gün aşağı inflyasiyadan əziyyət çəkildiyinin şahidi oluruq. ABŞ, Avrozona və Yaponiya. İngiltərə Breksit riskləri fonunda son dövrlər yüksək inflyasiya ilə mübarizə aparmalı idi. Lakin burada da artıq inflyasiyanın azalması müşahidə edilir. 


EUR/USD məzənnəsində gələcək trend fonunda mümkün senarilər yarada bilmək üçün məhz Avrozonada inflyasiya mənzərəsinin dərindən tədqiqi vacibdir. Avro/Dollar dünyada ən çox ticarət edilən valyuta cütlüyüdür və Avrozona dünyada iqtisadi gücünə görə ikinci yerdədir. Bu səbəbdən burada yuxarıdaki ölkələr arasında daha çox Avrozonanın inflyasiyasındaki tendensiyaya diqqət ayrılıb və nəticə ümumi qlobal vəziyyət ilə bağlı ilkin fikirlər formalaşdırmağa imkan verir. 


Bu gün Avrozonada may ayının statistik göstəricilərinə əsasən, ümumi inflyasiya 1.2%-dir və yanvar ayında bu göstərici 1.4% olmuşdur. Burada ümumi göstəriciyə təsir edən amillər haqqında deyil, məqsəd inflyasiya səbətindəki ayrı-ayrı göstəricilərə baxmaqdır və bunlar arasında fərqləri görməkdir. 


Avrozonada may ayında ən yüksək inflyasiya "alkoqol və içki" (3.0%), "yaşamaq, elektrik və qaz" (2.3%), "restoran və hotel" (2.1) və "daşınma" (2.0%) bölmələrində müşahidə edilib. "Kommunikasiya" (-3.0%), "İstirahət və mədəniyyət" (-0.8%) və "təhsil" (-0.1%) sahələrində deflyasiya olub. Ümumi inflyasiyaya yaxın bölmə 1.1% ilə "qida və içki", ən aşağı inflyasiya isə "sağlamlıq" (0.7%), "mebel" (0.5%) və "geyim və ayaqqabı" (0.4%) sektorlarında olub. 


Yuxarıdaki inflyasiya səbətindəki bəzi önəmli göstəricilərə əsasən, dünyada texnologiya və daşınma sektorlarındaki tendensiyaların və dünyada siyasi risklərin artmasının, Avrozonada inflyasiya mənzərəsinə də öz müvafiq təsirini göstərdiyini görürük. Belə ki, bu gün qlobalaşma özü ilə bərabər daşınma sahəsindəki inkişafı sürətləndirir və bu sektorda yeni investisiya və məhsul inkişafı imkanları yaratsa da, kommunikasiya texnlogiyalarındaki inkişaf da klassik kommunikasiya şirkətləri məhsullarına tələbin azalmasına səbəb olur. 


Bununla yanaşı, mənzil alışı və kirayəsi, yaşamaq üçün quraşdırılması və elektrik xərclərində də bahalaşma, bu gün investisiyaların da daşınmaz əmlak bazarına yönəldiyini göstərir. Restoran və hotel qiymətlərində Avropa mərkəzi bankının (AMB) 2%-lik hədəfi üzərindəki dinamika da yuxarı və orta təbəqənin artan gəlirlərindən xəbər versə də, bunun aşağı təbəqəyə gəlib çatmadığını göstərir. Gündəlik istifadə olunan məhsulların qiymətlərində dinamika 1%-ın altındadır. Bu özünü istirahət, mədəniyyət və təhsilə ayrılan vəsaitlərdə də göstərir, çünki burada da qiymətlər nəinki artır, azalır. 


Bütün bunlar isə AMB-nin yumşaq monetar siyasəti sayəsində artan kredit dövriyyəsi şəraitində aktivlərin daha çox yığıma, qiymətli kağızlar bazarına və daşınmaz əmlak bazarına yönəldiyini, investisiya edilmədiyini göstərir. Burada qlobal siyasi risklər, əhalinin qocalması və immiqrantların iş bazarına inteqrasiyası sahəsində ləngiyən işlər də önəmli amil kimi qiymətləndirilməlidir. Təkcə, il ərzində istehsal olunan mal və xidmətlərin ümumi dəyəri (ÜDM) 12 trilyon avro ətrafında olan Avrozonada, qiymətli kağızlar bazarına istiqamətləndirilən dövriyyə cari ilin birinci rübündə 4.8 trilyon avro (40%) olub. 


Beləliklə, AMB-nin siyasətinin burada ciddi trend dəyişikliyinə səbəb olacağı az inandırıcıdır. Bu gün mərkəzi bankların addımları sadəcə iqtisadiyyata dəstək xarakteri daşıyır və inflyasiyanın cari səviyyələrdən daha çox sürətlə azalmasının qarşısını alır, iqtisadi infrastrukturların yenilənməsi üçün zaman qazandırır. 


Bu baxımından gələcək və xüsusilə də iyul və avqust ayların ərzində açıqlanacaq inflyasiya, istehsal qiymətləri indeksi, sənaye istehsalı həcmi və xarici ticarət balansına dair önəmli statistik məlumatlar diqqət mərkəzində saxlanılmalıdır. Avropa birliyi (AB) daxilində davam edən siyasi və institusional böhranların tez bir zamanda həlli də burada vacıb rol oynayır. 


EUR/USD məzənnəsi bu xəbərlərdən asılı olaraq, iyun ayında başlatdığı artım dalğasını qoruya bilər. 


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%