İlkin Alıyev

Analitik
İnkişaf etmiş ölkələrdə xüsusi çəkiyə sahib xidmət sektoru, monetar siyasətlərə gec reaksiya verir
17 May 2019

AMB-nin əminliyi və Avroda bahalaşma

Beynəlxalq valyuta birjalarında avronun dollara nisbətən məzənnəsinin təzyiq altında olmasının əsas səbəbi iki mərkəzi bank faiz dərəcələri arasında fərqin böyük olmasıdır. AMB-nin iyun ayında faiz artımı haqqında danışa biləcəyi ehtimalları isə bu gün real görünməsə də nikbinlik qorunmaqdadır. 


Avrozona iqtisadiyyatına dair fundamental göstəricilərin müsbət açıqlanmasına baxmayaraq, EUR/USD məzənnəsi 1.16-1.13$ səviyyələrində güclü müqavimətlə rastlaşır. Dünya iqtisadiyyatında siyasi və iqtisadi risklərin artması, müqavimət səviyyələrini daha da dərinləşdirir.


Almaniyanın tikinti sektorunda bum və xidmət sektorunda aktivliyin artması, İtaliyada sənaye istehsalının artması, Portuqaliyada inkişafın sürətlənməsi, Fransada işsizliyin azalması və s. göstəricilərlə yanaşı, avro dünya birjalarında bu gün yenidən ucuzlaşaraq 1.12$-ı aşağı istiqamətdə qırıb. Bu, Avropa mərkəzi bankının (AMB) faiz artıra biləcəyi ehtimallarını zəiflədir və bunun üçün fundamental göstəricilərin daha da yaxşılaşmasına ehtiyac olduğu vurğulanır.


AMB-nin növbəti toplantısı isə gələn ayın 6-da baş tutacaqdır. Toplantıda ilkin faiz artımı haqqında qərarın verilməsi və ya ifadələrin dəyişməsi proqnozları isə zəifdir. Sonuncu dəfə bankın idarə heyəti üzvü Benoit Köer vəziyyəti şərh edərkən, inkişaf etmiş ölkələrdə xüsusi çəkiyə sahib xidmət sektorunun monetar siyasətlərə gec reaksiya verdiyini önə çəkib. Bu sahədə qiymətlər digər sektorlarla müqayisədə nadir və gec dəyişir. Bu da özünü inflyasiyada göstərir.


Avrozonada inflyasiyanın gec və zəif sürətlə arta biləcəyi ehtimalı, AMB-nin də yumşaq monetar siyasətində aşağı sürətlə uzaqlaşa biləcəyinə əsas verir. Lakin əmin görünən tərəf odur ki, AMB yumşaq monetar siyasətində uzaqlaşmağın əsasını qoyub və siyasətinin iqtisadiyyata təsiri fonunda aşağı inflyasiya dövründə rahatdır, planlarına inanır. 


Beləliklə, avronun məzənnələrində bahalaşmanın gec müşahidə edilə biləcəyi proqnozlaşdırılır. Bununla yanaşı, AMB-nin siyasətinə dair açıqlamaları, xidmət sektoru və inflyasiya ilə bağlı önəmli fundamental məlumatlar və  Amerika mərkəzi bankının (FED) cari faiz səviyyələrini azalda biləcəyi ehtimalları diqqət mərkəzində saxlanılmalıdır.  


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%