İlkin Alıyev

Analitik
Maliyyə bazarlarında AMB-nin "QE" proqramının dayandırılması ilə bağlı hər hansı ciddi qərar verəcəyi ehtimalları çox aşağıdır
17 Oktyabr 2017

AMB-nin istiqraz alışı qərarı diqqət mərkəzində

Avropa Mərkəzi Bankının pul-kredit siyasəti ilə bağlı növbəti toplantısına kimi günlər azaldıqca, maliyyə bazarlarında həyəcan da artmaqdadır. Bunu avronun dünya birjalarında qiymətində də müşahidə etmək olar. Belə ki, EUR/USD məzənnəsi AMB-nin qərarına bir həftədən çox vaxt qalmasına baxmayaraq, yenidən 1.17$-a doğru ucuzlaşır. 


Avropa Mərkəzi Bankının (AMB) monetar siyasətini müəyyən edən komitənin oktyabr ayının 26-da növbəti toplantısı baş tutacaq. Bu toplantı dünya maliyyə bazarları iştirakçıları tərəfindən böyük maraqla gözlənilir. AMB sədri Mario Draqi sentyabr ayının 9-da faiz qərarlarını mətbuat konfransında müdafiə edərkən, istiqraz alışı proqramının (ing.: "QE") gələcəyi ilə bağlı da danışıb. Sədr proqram üzrə müxtəlif ssenarilərin müzakirə edildiyini vurğulasa da, qərarlarını oktyabr ayında açıqlayacaqlarını əlavə etdi. Lakin avronun cari il ərzində 1.21$-a kimi bahalaşması ilə bağlı fikirləri və s. avronun ucuzlaşması ilə nəticələndi. Bununla yanaşı, sentyabr ayının 20-də baş tutan Amerika Mərkəzi Bankının (FED) sədri Janet Yellenin mətbuat konfransında çıxışı, bu tendensiyanı daha da gücləndi və EUR/USD məzənnəsi 1.17$-a kimi ucuzlaşdı. 


Məhz bundan sonra AMB-nin yuxarıda sözü açılan qərarına iki həftə qalmış, bazar iştirakçılarının satış əməliyyatlarını geri çəkdiklərinin və məzənnənin 1.19$-a kimi korreksiyasının şahidi oluruq. Maraqlı məqam isə ondan ibrətdir ki, qiymət bahalaşsa da, son günlər yenidən 1.17$-a doğru ucuzlaşmaqdadır. Bu isə bazarlarda AMB qərarının avronun daha da ucuzlaşmasına təsir edə biləcəyinə işarədir. 


Maliyyə bazarlarında Avropanın birinci bankının "QE" proqramının dayandırılması ilə bağlı hər hansı ciddi qərar verəcəyi ehtimalları çox aşağıdır. Bunun əsas səbəbləri Mario Draqinin gələn iki il üzrə inflyasiya gözləntilərinin aşağı salınması ilə bağlı fikirləri və Avropada digər iqtisadi risklərin hələ də mövcudluğudur. 


Avro/Dollar valyuta cütlüyü qiymətinin texniki mənzərəsi üzrə təhlillər onu göstərir ki, 1.1669$ səviyyəsi aşağı istiqamətdə qırılmaqla, eniş dalğası 1.1618 və 1.1471$-a kimi də sürətlənə bilər. 


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%