Anar Qəhrəmanov

Yatırım məsləhətçisi
Gözləntilər özünü doğruldarsa, dolların dünya birjalarında qiymətində bahalaşma davam edə bilər
04 Oktyabr 2016

Amerikanın əmək bazarında canlanma gözlənilir

Həftənin ən vacib xəbərlərindən biri cümə günü Bakı vaxtı ilə 16:30-da Amerikada dərc olunacaq qeyri-kənd təsərrüfatı sektorunda məşğulların sayındakı dəyişiklik (NFP) və işsizlik səviyyəsi ilə bağlı göstəriciləridir.

Gözləntilərə görə sentyabrda kənd təsərrüfatı sahəsi istisna olmaqla yeni açılan iş yərlərinin sayının 172 000 olacağı gözlənilir. Gözlənti özünü doğruldarsa, dolların son günlər müşahidə edilən bahalaşması bir müddət də davam edə bilər. Göstəricinin gözlənilənə nisbətən zəif açıqlanması isə  dolların kəskin şəkildə dəyər itirməsinə səbəb ola bilər. 


7 oktyabr Bakı vaxtı ilə saat 16:30-da yayımlanacaq NFP ilə yanaşı işsizlik səviyyəsindəki dəyişikliklə bağlı məlumat da açıqlanacaq. İşsizlik səviyyəsinin isə sentyabr ayında 4.9%-də qalacağı proqnozlaşdırılır. Lakin nəzərə almaq lazımdır ki, işsizlik səviyyəsində hansı dəyişikliyin olmasına baxmayaraq, bazarlar daha çox NFP xəbərini nəzərə alacaqlar, çünki NFP xəbəri gələcək haqqında daha dolğun məlumat verir.


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%