İlkin Alıyev

Analitik
May ayı ərzində açıqlanacaq fundamental göstəricilər, cari eniş dalğalarının dərinliyini müəyyən edəcəkdir
02 May 2018

Avro, Funt və Yen: Dərinləşən korreksiya

Dünya valyuta birjalarında birinci rüb ərzində aparıcı valyutaların dollara nisbətən qiymətlərində müşahidə edilən durğunluq, ikinci rübün başlanğıcında daha da dərinləşib. May ayı ərzində isə bu dərinliyin nə qədər olacağı diqqət mərkəzində və aprel ayı üzrə açıqlanacaq fundamental göstəricilər bu baxımından önəmli rol oynayacaqdır. 


Avro, funt sterlinq və Yaponiya yeni kimi aparıcı valyutaların dollara nisbətən məzənnələri 2017-ci ilin yanvar ayından etibarən sürətlə bahalaşmağa başlamışdılar. Lakin artım dalğası 2018-ci ilin yanvar - mart ayları ərzində korreksiyalarla davam etdi. Belə ki, cari ilin birinci rübündə maliyyə bazarları iştirakçılarının sözügedən ölkələrin iqtisadiyyatlarında inkişaf sürətinin zəifləməsi və Amerika Mərkəzi Bankının (FED) car il üzrə yeni planı fonunda ehtiyatlı mövqeləri, valyuta cütlüklərin qiymətlərində dar dəhliz daxilində üfüqi dalğalanmalara səbəb olmuşdur. 


Image title


Aprel ayının sonunda isə mərkəzi banklar rəsmi açıqlamaları ilə bir növ ikinci rübün əsasını qoydular. İngiltərə Mərkəzi Bankının sədri Mark Karney, Avrozona Mərkəzi Bankının sədri Mario Draqi və Yaponiya Mərkəzi Bankının sədri Haruhiko Kuroda açıqlamalarında cari vəziyyətin gələcək gözləntilərə dair riskləri və qeyri-müəyyənliyi artırdığını bildirdilər. Məhz bundan sonra sözügedən ölkələrin valyutalarında sürətlə eniş dalğası başladı. May ayı ərzində isə investorları daha çox gələcəyə dair risklərin nə qədər dərin ola biləcəyini qiymətləndirmək ən vacib tapşırıq olacaqdır. Birinci rüb ərzində risklərin müvəqqəti olub olmadığı təhlil edilirdisə, ikinci rübdə bu risklərin nə qədər dərin ola biləcəyi aşkar edilməyə çalışılır. Bunun üçün may ayı ərzində ikinci rübün ilk ayının göstəriciləri diqqət mərkəzində olacaqdır. 


Mövcud vəziyyət hal-hazırda güclü stimul rolunu oynaya biləcək fundamental göstəricilərin açıqlanmasından çox asılıdır. Aprel ayı üzrə inflyasiya, işsizlik və ÜDM kimi önəmli fundamental göstəricilər 2017-ci ilin minimum səviyyələri ətrafında açıqlanarsa, bu, aparıcı valyutaların, böyük ehtimalla, daha da ucuzlaşmalarına səbəb ola bilər. Göstəricilərin stabil açıqlanması fonunda isə qiymətlərin cari səviyyələr ətrafında dalğalanmaqda davam edəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, siyasi hadisələr də diqqət mərkəzində saxlanılmalıdır. 


Birinci rüb ərzində 1.22-1.25$ aralığında dalğalanan EUR/USD məzənnəsi artıq 1.20$-a kimi ucuzlaşıb. May ayında isə investorların ehtiyatlı mövqeyləri, avroda 3.5%-lik sonuncu eniş dalğasının qismən zəifləməsinə, hətta yenidən 1.22$-ın sınanmasına təsir edə bilər. Texniki analizlər onu da deməyə əsas verir ki, hal-hazırda 1.36$-ın üzərində təklif edilən GBP/USD məzənnəsində korreksiya 1.37$-ın yuxarı istiqamətdə qırılması və üzərində möhkəmlənməsi ilə 1.39$-a kimi davam edə bilər. Yaponiya yeni isə 110 yenə kimi ucuzlaşdıqdan sonra 108 yenə kimi korreksiyaya başlaya bilər.


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%