İlkin Alıyev

Analitik
Amerika Mərkəzi Bankının siyasəti ilə öndə olması, digər ölkə mərkəzi banklarını və hökümətlərini təzyiq altında saxlayır
13 İyul 2018

Avro və Funt təzyiq altında

Dünya valyuta birjalarında Amerika Mərkəzi Bankının (FED) sərt siyasəti və digər mərkəzi bankların siyasətlərində geri qalması özünü beynəlxalq valyuta birjalarında da göstərməkdədir. Bu mənzərə investorlara avro və funt sterlinq üzrə satış əməliyyatları haqqında düşünməyə sövq edir. 



ABŞ-da inflyasiyanın artması və FED-in sərt monetar siyasəti. 


Amerikada inflyasiyanın artıq FED-in 2.0%-lik hədəfinin üzərində inkişaf etməsi, ölkədə pul-kredit siyasətin sərtləşdirilməsinə imkan verir. Avrozona və İngiltərə kimi aparıcı ölkələrdə isə bunu demək çətindir. Belə ki, FED-in uçot faiz dərəcəsinin yuxarı sərhədi 2.00% səviyyəsində qərarlaşdırılıbsa, İngiltərə (ing.: "BoE") və Avropa (AMB) Mərkəzi Banklarında uçot faiz dərəcələri müvafiq olaraq, 0.50 və 0.00%-dir.


FED 2008-ci ilin dekabr ayından etibarən həyata keçirməyə başlatdığı yumşaq monetar siyasət, inflyasiyanın 2016-ci ildən etibarən sıfırın üzərində dayanıqlı şəkildə artmasına səbəb oldu. Lakin İngiltərədə "BREXIT" və Avropada immiqrasiyadan başlayaraq sosial problemlərdən keçməklə iqtisadi islahatların ləngiməsinə kimi siyasi risklər iqtisadiyyatın ləng inkişafına səbəb olur. Beləliklə, dünyada monetar siyasətlərin sərtləşməyə başladığı bir dövrdə, sonuncu iki regionda bu prosesin gecikdiyinin şahidi oluruq. 


Image title



İngiltərədə "BREXIT" təhlükəsi iqtisadiyyatın gələcəyi fonunda qeyri-müəyyənliklər yaradır. 


2017-ci ildə İngiltərədə funt sterlinqin 1.15$-a kimi sürətli ucuzlaşması ölkədə inflyasiyanın 3.0%-ə kimi artmasına səbəb olmaqla bərabər, ÜDM-də də öz mənfi təsirlərini göstərdi. Ölkədə istehsal olunan mal və xidmətlərin dəyərində (ÜDM) artım dinamikası 2.3%-dən 1.5%-ə kimi azalmışdır. "BoE" burada siyasətini redaktə etməklə inflyasiyanı nəzarət olunan səviyyəyə gətirə bilsə də, iqtisadi inkişaf sürəti 1.2%-ə kimi daha da zəifləyib. Düzdür, hal-hazırda İngiltərədə inflyasiyanın arzu olunan səviyyədə olması, ÜDM-in artım dinamikasının gələcəkdə arta biləcəyinə işarədir. Riskli siyasi amillərin isə aradan qaldırılmaması, "BoE"-ni yenə də ehtiyatlı davranmağa məcbur edir. İngiltərədə növbəti siyasi şok yaşanarsa, funt sterlinqin növbəti dəfə sürətli ucuzlaşmasına səbəb ola bilər. Bu hadisə özü ilə funt sterlinqi aşağı çəkməklə, inflyasiyanın da yenidən həddindən artıq artmasına təsir edəcəkdir. 


Image title



Almaniyada immiqrasiya və sosial problemlərin həll olunması gecikir. 


Avrozonada 2017-ci ildə ÜDM-də artım 2.0%-dən 2.8%-ə kimi yüksəlsə də inflyasiyanın 2.0%-lik hədəfin altında olması, 2018-ci ilin birinci rübündən etibarən iqtisadiyyatın da yenidən zəifləməsinə səbəb oldu. Almaniya, Fransa, İtaliya, İspaniya, Danimarka, Yunanıstan və Polşa kimi ölkələr arasında müxtəlif mövzular fonunda mübahisələrin həll olunmaması, qeyri-müəyyənliyə əsas verən siyasi amillərdir. Bura immiqrasiya və digər sosial məsələlər, üstəgəl ABŞ tərəfindən edilən siyasi təzyiqlər aiddir. Ölkədə isə siyasi və sosial problemlər iqtisadi maraqları təhlükə altına qoyur. 


Beləliklə, 0.25%-dən bu günə kimi 2.00%-ə çatdırılan uçot faiz dərəcəsinin yuxarı sərhədi, sıfır faiz siyasəti hökm sürən digər ölkələrın valyutalarına təzyiq etməyə bilməz. Qeyd etmək lazımdır ki, ölkədə faiz dərəcələrinin yüksək olması, həmin ölkə valyutasına olan marağın artmasına səbəb olur. 


Image title



Fundamental amillərin hansı istiqamətdə inkişafına baxmayaraq, investorlar çox gözləmək istəmirlər.


Bütün yuxarıdakı sadalanan mənzərə ilə yanaşı, bazar iştirakçıları üçün son günlər əlavə imkanlar yaranıb. İnvestorlar iyul ayının sonuna doğru Avrozona və İngiltərə üzrə açıqlanacaq önəmli fundamental göstəriciləri gözlədikləri bir vaxtda, EUR/USD və GBP/USD məzənnələrinin texniki qrafiklərində güclü siqnallar görünməkdədir. 


İyul ayının sonuna doğru ÜDM və inflyasiya ilə bağlı statistik göstəricilərdən asılı olmayaraq, avro və funt sterlinqin qiymətlərində güclü satış imkanları yaranıb. Texniki analizə əsasən, Avro/Dollar 1.15$-ı aşağı istiqamətdə qırarsa, 1.11$, Funt/Dollar valyuta cütülüyünün qiyməti isə 1.30$-ı aşağı istiqamətdə qırarsa, 1.26$-a kimi ucuzlaşa bilər. 


Image title

Image title


Əlavə olaraq isə bundan sonra fundamental göstəricilərin hansı səviyyədə açıqlanmasından və siyasi hadisələrin hansı istiqamətdə cərəyan etməsindən asılı olaraq, proqnozlaşdırılan eniş dalğaları, ya daha da güclənəcək və ya zəifləyəcək. Amerika hökümətinin Brüsseldən sonra İngiltərə və Rusiya hökümətləri arasında görüşləri də bu baxımından diqqət mərkəzindədir. 


Image title


Görüşlərdən öncə isə Amerika prezidentinin sözləri və davranışları ilə siyasi hücumları adət halını alıb. 

SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%