İlkin Alıyev

Analitik
Avro/dollar məzənnəsində dinamika zəifləsə də bahalaşma 1.27$-a kimi davam edə bilər
29 İyul 2020

EUR/USD üzrə növbəti hədəflər 1.20 və 1.27$-dır

Bütün dünyada iqtisadi və siyasi risklərin günbəgün artdığı bir zamanda Avropa ölkələri tərəfindən dayanıqlı qərarların verilməsini nümayiş etmələri, avroya olan tələbi daha da artırmışdır. Son günlər EUR/USD məzənnəsində bahalaşma dinamikası zəifləsə də müqavimətin qırılacağı və bahalaşmanın davam edəcəyi proqnozları üstünlük təşkil edir. 


Sonuncu dəfə Avropa ölkələrinin yenidənqurma fondunun yaradılması və 2027-ci ilə kimi büdcə siyasətləri fonunda razılaşmaları, Avropa Birliyinin dayanıqlılığına dair etimadı artırmışdır. Bu, özü ilə bərabər avroya olan inamı da artırır, çünki son on illikdə cənub ölkələrində iqtisadi böhran və Breksit hadisəsi birliyin dağılacağı gözləntilərinin yayılmasına səbəb olurdu. Lakin cari il ərzində istər Korona böhranı, istərsə də digər siyasi və iqtisadi böhranlarla mübarizədə Avropa ölkələri tərəfindən inamlı addımlar müşaiyət olunur. 

Image title

Hazırda ölkələr arasında birliyin dayanıqlığına dair etimadın artması, özü ilə bərabər avroya olan etimadın da artmasına səbəb olur. Bu, avronun təqribən son iki il ərzində müqavimətlə rastlaşdığı 1.15$ səviyyəsini qırmaqla, 1.18$-a kimi bahalaşmasına səbəb olmuşdur. Son günlər isə məzənnənin "MA100" indikatoruna yaxın səviyyələrdə müqavimətlə rastlaşdığının və bahalaşma dinamikasının zəiflədiyi müşahidə edilir. Beləliklə, alış əməliyyatları azala, satış əməliyyatları arta bilər. 


Lakin daha uzun müddətli təhlillərə əsasən, EUR/USD məzənnəsi cari zəif dinamika ilə 1.20$-a kimi bahalaşa bilər və bu səviyyənin də üzərində möhkəmlənərsə, qırılaraq, üzərində möhkəmlənərsə, 1.27$-a kimi dəyər qazana bilər. 


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%