İlkin Alıyev

Analitik
Keçən həftədən etibarən yayımlanan müsbət göstəricilər və siyasi xəbərlər iyun və avqust ayı ərzində davamlı xarakter alarsa, 1.16$-ın şahidi ola bilərik
24 İyun 2019

Avronu 1.1555$-a kimi bahalaşdıra biləcək səbəblər

Beynəlxalq valyuta birjalarında avro kimi aparıcı valyutaların qiymətlərindəki bahalaşmanın gələcək böyük artım dalğasından xəbər verib-verməməsi, Avrozonaya dair iyul və avqust ayı ərzində açıqlanacaq fundamental göstəricilərdən asılı olacaqdır. Keçən həftə isə buna dair ilkin göstəricilər müsbət əhval-ruhiyyəyə səbəb olub. Qlobal siyasi hadisələr də böyük rol oynamaqdadır və imzalanacaq beynəlxalq ticari sazişlər investorların diqqət mərkəzindədir. 


EUR/USD məzənnəsi dünya birjalarında may ayının axırında 1.11$-a ticarət edilirdisə, iyun ayının ilk ticarət sessiyasında 1.12 və bu gün 1.14$-a təklif edilir. Almaniyanın "DAX 30" indeksi son yarım ilin, "EuroNext 100" isə son bir ilin maksimumlarında ticarət edilir. Ölkə valyutasına tələb artırsa, bu, iqtisadiyyatda istehlak dövriyyəsinin və istehsal dinamikasının artmasından xəbər verir. Son bir ildə qlobal siyasi risklərin artması, qeyri-müəyyənliyin yaranmasına, beləliklə, ticarət dövriyyəsinin və istehlak əhval-ruhiyyəsinin də zəif qalmasına səbəb olurdu. Lakin son günlər bazarlarda ticarət aktivliyinin artması müşahidə edilir. Bura həm səhm, həm də valyuta birjaları daxildir. Birjalarda ticarət aktivliyinin əsasında fundamental amillər dayanırsa, bu, cari aktivliyinin uzun müddətliyinə və dövriyyəninin daha da arta biləcəyinə işarədir. 


May ayında EUR/USD məzənnəsinin son iki ilin minimum səviyyəsində ticarət edilməsi özünü fundamental göstəricilərdə də göstərir. Belə ki, mayda Avrozonada inflyasiya 1.2%-ə düşmüş, Almaniyada istehsal qiymət indeksi 0.1% azalmışdır. 


Beləliklə, iyunda avroda müşahidə edilən bahalaşma ilə iyuna dair fundamental göstəricilərdə uyğun trendlər özünü göstərərsə, bu, Avrozonada iqtisadiyyatın canlana biləcəyi potensialından xəbər verir. Keçən həftə Avrozonanın iyunda xidmət və sənaye sektorlarında biznes aktivliyini ölçən göstəricilərin isə müsbət açıqlanması bunun üçün ilkin siqnal oldu. Son illər bu ümidlər çox azalmışdı və Avropa mərkəzi bankı da sonuncu dəfə keçən həftə yumşaq monetar siyasətlərini yenidən genişləndirə biləcəklərini müzakirə etmiş və dilə gətirmişdi. 


Bu həftədən etibarən iyun və avqust ayları ərzində dərc ediləcək inflyasiya, istehsal qiymətləri indeksi, sənaye istehsalı həcmi və xarici ticarət balansına dair önəmli statistik məlumatlar diqqət mərkəzində olacaqdır. 


Bununla yanaşı, Avrozonanın daha uzun müddətli perspektivdə iqtisadi potensialı dünyada ölkə, dövlət və şirkətlər arasında formalaşacaq münasibətlərdən də asılıdır. Bu baxımından önəmli zirvə toplantılar, dövlət başçılarının görüşləri və əmtəə birjalarında xammal qiymətlərinə nəzarət və bununla bağlı rəsmi qərarlar önəmli rol oynayır və diqqət mərkəzində saxlanılmalıdır. 


Image title


Bugünkü təhlillər isə EUR/USD məzənnəsinin 1.1555$-a kimi bahalaşa biləcəyini proqnozlaşdırmağa əsaslar verir. 


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%