Aqşin Abdullazadə

Yatırım məsləhətçisi
İnflyasiya cümə günü 0,4% artımla və ya onun üzərində açıqlanarsa, bu, avronun bahalaşmasına səbəb ola bilər
28 Sentyabr 2016

Avrozonada inflyasiyanın artması gözlənilir

Cümə günü Bakı vaxtı ilə saat 13:00-da Avrozonadan istehlakçı qiymət indeksində dəyişikliklə bağlı göstərici açıqlanacaq.


İstehlakçı qiymət indeksi mal və xidmətlərin qiymət dəyişikliyini ölçür. Göstərici Avrozonada  inflyasiyanıölçmək üçün ən önəmli məlumatdır. İndeksin gözləntidən yüksək dərc olunması avroya müsbət, gözləntidən aşağı dərc olunması isə neqativ təsir edə bilər.


Avqust və iyul ayında inflyasiya səviyyəsi 0,2% olmuşdur.  Sentyabr ayı üzrə istehlakçı qiymət indeksində isə 0,4% artım gözlənilir.  Beləliklə, cümə günü açıqlanacaq ilkin hesablanmada proqnoz özünü doğruldarsa, yəni indeks 0,4% artımla və ya onun üzərində açıqlanarsa, bu, avronun bahalaşmasına səbəb ola bilər.  Sentyabr ayı üçün hesablamaların yekun nəticəsi isə 17.10.2016-ci il tarixində açıqlanacaq.


Ötən həftə ərzində biz dünya maliyyə bazarlarında  avronun bahalaşmasının şahidi olduq. Dərc olunacaq müsbət gözlənti fonunda biz eur/usd cütlüyünün 1.1365 həddinədək bahalaşmasının, əks halda isə 1.1120 səviyyəsinədək ucuzlaşmasının şahidi ola bilərik.


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%