İlkin Alıyev

Analitik
Avro 1.24$-ın altında qaldığı hər gün, güclü eniş dalğasına başlaya biləcəyi proqnozları üçün əsasların toplanmasına səbəb olur
17 Aprel 2018

Avro, Funt və Yen: Yeni stimullar gecikir

Dünya valyuta birjalarında aparıcı valyutaların dollara nisbətən qiymətlərində 2017-ci ildə müşahidə edilən artım dalğası, artıq ikinci rübün başlanğıcında da güclənmək bilmir. İnvestorların diqqətləri isə baş verəcək fundamental hadisələrə və qiymət qrafiklərində müqavimət səviyyələrinin dəf edilməsinə yönəlib. 


Avro, funt sterlinq və Yaponiya yeni kimi aparıcı valyutaların dollara nisbətən məzənnələri keçən ilin yanvar ayından etibarən sürətlə bahalaşmağa başlamışdılar. Lakin artım dalğasının 2018-ci ildə də davam edə biləcəyi proznozları hər gün zəifləməkdədir. Cari ilin birinci rübündə maliyyə bazarları iştirakçılarının sözügedən ölkələrin iqtisadiyyatlarında inkişaf sürətinin zəifləməsi və Amerika Mərkəzi Bankının (FED) yeni planı fonunda ehtiyatlı mövqeləri, valyuta cütlüklərin qiymətlərində dar dəhliz daxilində üfüqi dalğalanmalara səbəb olmuşdur. Bu mənzərənin əksini səhm və indeks bazarlarında da görürük. Belə ki, "S&P", "DAX" və "NIKKEI" indeksləri yanvar ayının son həftəsi etibari ilə 10-16% aralığına kimi ucuzlaşıb. 


Image title


Aprel ayında isə eyni tendensiyanın açıqlanan zəif fundamental göstəricilərin təsiri ilə davam etdiyinin şahidi oluruq. EUR/USD məzənnəsi bu gün 1.24$-ı yuxarı istiqamətdə qırsa da üzərində möhkəmlənə bilməyib yenidən ucuzlaşıb. Texniki analizlər də onu deməyə əsas verir ki, qiymət 1.24$-ın altında qaldığı hər gün, ilkin hədəf kimi 1.22$-kimi ucuzlaşa biləcəyi proqnozları üçün əsas toplayır. GBP/USD məzənnəsi də 1.44-a kimi artım dalğası ərəfəsində 1.4376$ səviyyəsində müqavimətlə rastlaşıb. Funt sterlinqin qiymətində artım dalğası proqnozları müqayisədə güclü olsa da, ümumi bazar şəraitindən aslı olaraq mənfi təsir altına düşə biləcəyi gözləntiləri də güclüdür. Yaponiya yeni isə son bir ilin maksimum səviyyələrini yenilədikdən sonra yenidən ucuzlaşaraq 107 səviyyələri ətrafında ticarət edilir. 


Mövcud vəziyyət hal-hazırda bazar iştirakçılarının güclü stimul rolunu oynaya biləcək həm fundamental, həm də texniki mənzərə ilə bağlı hadisələrin olmasını gözləmələri ilə əlaqədardır. Bu baş vermədikdə, ölkələr üzrə açıqlanan fundamental göstəricilər daha da zəifləyə və bu, zəncirvari olaraq maliyyə bazarlarında ucuzlaşmaların daha da dərinləşməsinə səbəb ola bilər. 


Beləliklə, ABŞ, Çin, Avrozona, İngiltərə və Yaponiya iqtisadiyyatları ilə bağlı açıqlanacaq gələcək göstəricilər diqqət mərkəzində saxlanılmalı və ÜDM, inflyasiya və mərkəzi bankların gözləntiləri burada, xüsusilə, böyük önəm daşıyır.


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%