Tusi Heydərov

Yatırım məsləhətçisi
Beynəlxalq birjalarda ticarət müharibələri, “Brexit” və “İran Nüvə Sazişi” kimi risk faktorlar daha yaxından izlənilir
02 Sentyabr 2019

Birjalarda son durum necədir

Qlobal baxdıqda ticarət müharibələri, “Brexit” və “İran Nüvə Sazişi” kimi risk faktorlarının vəziyyəti izlənilir. Digər tərəfdən qiymətli kağızlar bazarında qiymət geriləmələrinə və FED və ECB kimi böyük mərkəzi bankların reaksiyaları müzakirə olunur. Ticarət müharibələrinə gəldikdə, Ağ Evin Milli Təhlükəsizlik Müşaviri Con Bolton, ABŞ ilə Çin arasında ciddi fikir ayrılıqlarının olduğunu söylədi, buna baxmayaraq iki ölkə arasındakı sövdələşmənin mülayimləşməsinə dair xəbərlərin qiymət dəyişikliklərinə təsir etdiyi görüldü.Brexit haqqında; İngilis cəbhəsindəki qarışıqlıqlar qalmaqda davam edir. Hökümət qanadının “Anlaşmasız Brexit”ə mane olmaq istəyən müxalifətin cəhdlərinin qarşısını alması üçün addımlar atacağına dair xəbərlər funtda satışına səbəb oldu. Hökumətin parlamentin 9 sentyabr - 14 oktyabr tarixlərində tətilə göndərilməsi tələbi kraliça tərəfindən də təsdiqlənib. Bu xəbər sonrası funt beynəlxalq maliyyə bazarlarında ciddi şəkildə dəyər itirdi. Avrozonadakı yerli məsələlərdən biri olan İtaliyaya gəldikdə, “5 ulduz hərəkatı” ilə görüş keçirən Demokratik Partiyanın lideri Nikola Zingarettinin “5 ulduz hərəkatı”nın əsas şərti olan Cüzeppe Kontenin baş nazir olmasını qəbul etməsi yönündəki bəyənatı “Brexit” mövzusundakı qarışıqlığın Yevro üzərindəki təzyiqləri azaltdı. Bütün bu proseslər çərçivəsində "resetsiya" narahatlıqları da qiymətlərə təsir edir. Xüsusən də əsas mərkəzi banklar tərəfindən faiz dərəcələrinin azaldılması və pul-kredit siyasətinin yumşaldılması ehtimallarının artması istiqraz faizlərinin azalmasını davam etdirdi. 


Türkiyədə geosiyasi və siyasi risklərin vəziyyəti bir tərəfdən təqib edilərkən, digər tərəfdən isə gələn makroiqtisadi məlumatlar və qlobal inkişaflara bağlı olaraq TCMB'nin atacağı addımlar maraq mövzusu idi. Türkiyə Statistika İdarəsinin (TSİ) açıqladığı İqtisadi İnam İndeksi avqustda bir öncəki aya görə 6.4 bənd artaraq 87.1% ilə son 1 ilin ən yaxşı göstəricisi qeydə alındı. 


EURUSD

Qlobal olaraq diqqətlər bir yandan G7 zirvə toplantısından sonra ticarət savaşları ilə balı proseslərdəykən, digər tərəfdə ABŞ prezidenti Donald Trampın FED-i tənqid etməsi bazarların gündəmini saxlamağa davam edir. Digər tərəfdən, Brexit və İtaliyaya əsaslanan Avropa siyasi arenasında baş verən hadisələr paritetdə dəyişkənliyə səbəb olur. “Brexit”lə bağlı Britaniya Parlamentinin fəaliyyətini 5 həftə dayandırmaq üçün hökumətin təşəbbüsləri “Anlaşmasız Brexit” ehtimalarının artması Yevro üzərində təzyiqləri artırsa da, İtaliya qanadında yenidən başlayan hökümət görüşlərində Demokratik Partiyanın “5 ulduz hərəkatnın” namizədliyini müdafiə etdiyi Kontenin baş nazirliyinin davam etməsi yönündəki tələblərini qəbul etməsi bu təzyiqləri bir qədər yumşaltdı. Qlobal risk faktorları arasında; Ticarət savaşı, “Brexit”, eyni zamanda böyük mərkəzi bankların növbəti addımları ilə bağlı xəbərlər, yerli məsələlərə dair xəbərlər paritetdə hərəkətliliyə səbəb ola bilər.

 

GBPUSD

İngiltərənin Baş naziri Boris Conson ilə AB Komissiyasının sədri Jan-Klod Yunker arasındakı görüşdən sonra cütlükdə hərəkətlilik bir qədər artdı. Bu görüşdə Boris Consonun “AB - dən ayrılmaq məsələsi müzakirə edilməlidir. Və  İrlandiyanın sərhədləri məsələsi müqavilədən çıxarılmasa hər hansı “Brexit” anlaşması olmayacağını” ifadə etməsi diqqət çəkdi. Bu tələblərə qarşı Juncker - “Avropa Birliyinin İrlandiyaya verdiyi dəstəyin dəyişməz qalacağını və AB-nin bu prosesdə İrlandiyanın maraqlarına çox diqqətlə yanaşacağını” - vurğuladı. Digər yandan Britaniya cəbhəsində isə müxalifətin Boris Conson hökümətinə qarşı etimad səsverməsi gerçəkləşdirməsi və “Anlaşmasız Brexit”i önləməyə yönəlmiş cəhdlərinin qarşısını almaq üçün hökümətin parlamenti 5 həftəlik tətilə göndərilməsi üçün addımlar atması ilə başlayan gərginlik, eyni zamanda “Anlaşmasız Brexit” ehtimallarının artacağı yöndəki narahatlıqların çoxalması funt üzərində təzyiqləri bir qədər də artırdı. 

Hazırda 1.2120 hədlərində ticarəti aparılan GBPUSD cütlüyündə satış meyllərinin davam edəcəyi təqdirdə qarşısına çıxacaq ilk dəstək hədləri kimi 1.2105 və 1.2080 hədləri çıxış edir.


USDTRY

Həftənin əvvəlindəki “flash crash” şokunu atlatan cütlükdə İqtisadi inam indeksinin son 1 ilin ən yüksək səviyyəsində açıqlanmasından sonra TL lehinə hərəkətlilik görüldü. Qlobal tərəfdən heç bir əhəmiyyətli iqtisadi məlumatın açıqlanmadığı bir vəziyyətdə Ticarət müharibələri, “Brexit” və İran Nüvə Sazişi kimi risk faktorlarının məzənnə tərəfindəki təsirləri neytral oldu.

Hazırda 5.80 hədlərində mübadilə edilən cütlükdə satışlar davam edəcəyi təqdirdə ilk dəstək hədləri 5.7740, 5.7550 və 57340-dır. Əsas müqavimət hədləri kimi isə 5.84440, 5.8670 5.88, 5.92 hədləri çıxış edir.

 

OİLUK

ABŞ Prezidenti Donald Trampın həftənin əvvəlində verdiyi açıqlamalara cavab olaraq,  ABŞ və İran arasındakı Nüvə Sazişinin həllinin asan olmayacağına dair İran hökuməti tərəfindən gələn açıqlamalar,  İranda neft hasilatının artmayacağı haqda proqnozlar, “Brexit” və Ticarət Müharibələri ilə bağlı qeyri-müəyyənliyə baxmayaraq neftdə bahalaşmalara səbəb oldu. Bundan əlavə, çərşənbə axşamı elan edilmiş API ehtiyyatlarında son 85 həftədə ən ciddi azalmanın qeydə alınması, Dorian tropik fırtınasına dair narahatşılıqlar və Rusiya kimi əsas OPEC+ hasilatın azaldılması proqramına sadiq qalacağına dair xəbərlərin də təsiri ilə neftdə bahalaşmalar davam etmişdir. Bununla birlikdə, Morgan Stenli neft tələbinin artım perspektivlərini 2019-cu il üçün 200 min barel, 2020-ci il üçün 400 min barel azaltdı və “Brend” markalıneftin 2019-cu ilin son qiymət proqnozunu 65 dollardan 60 dollara endirdi ki bu da neftdəki artımları səngitdi. ABŞ-ın gündəlik neft hasilatının 12 milyon 500 min barel ilə yeni rekord səviyyəyə çatması isəciddi ucuzlaşmaya səbəb oldu.

Enişlər davam edəcəyi təqdirdə 58.40, 58.20, 57.70, 57.20 dəstək hədləri izləniləcəkdir. Əsas müqavimət hədləri kimi isə 59.60, 60.00, 60.25, 60.60 hədləri  çıxış edir.

 

Qızıl

ABŞ prezidenti Donald Trampın həftənin əvvəlindəki nikbin açıqlamalarına baxmayaraq, Ticarət müharibələri və İran Nüvə Sazişi ilə əlaqədar davam edən qeyri-müəyyənlik investorları təhlükəsiz liman axtarmağa süvq edir ki, bu vəziyyət də qızıla olan tələbi yüksək olaraq saxlayır. Avropa sessiyası zamanı “Anlaşmasız Brexit”ə dair artan narahatlıqlar, əsas mərkəzi bankların faiz dərəcələrini azaltma gözləntilərini qoruması səbəbilə qızıla tələb yenidən yükşəldi ki, nəticədə 1547 hədləri yenidən test edildi. Sonrasında ABŞ birjasında bəzi geri çəkilmələri görsək də, qiymətli metalda artım meylləri qorunur.

 1520, 1518 hədlərində ciddi dəstəklə qarşılaşan qızılda alışların artacağı təqdirdə 1544, 1547, 1550 1555 hədləri müqavimətlər olaraq çıxış edirlər.

 

SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%