İlkin Alıyev

Analitik
Dolların 1% bahalaşmağa başlamasına baxmayaraq, ucuzlaşması səbəblərini yenidən təhlil etmək, gələcək proqnozlar üçün önəmlidir
06 Fevral 2018

Dollar niyə ucuzlaşmağa başlayıb?

Beynəlxalq maliyyə bazarlarında 2018-ci ilin başlaması ilə müşahidə edilən prosesi düzgün təhlil etmək, bu gün baş verənləri də düzgün izah etməyə imkan verir. Yanvar ayı ərzində maliyyə bazarlarında aparıcı valyutaların dollara nisbətən qiymətlərinin bahalaşması, dolların ucuzlaşması ilə əlaqələndirilməsi, gələcək proqnozların da uğursuz olmasına səbəb ola bilər. 


2018-ci ilin başlaması ilə foreks bazarlarında EUR/USD, GBP/USD məzənnələrində bahalaşma, USD/JPY məzənnəsində isə ucuzlaşma müşahidə edildi. USD/TRY məzənnəsində isə ucuzlaşma zəif olub. Maliyyə bazarlarında bu tendensiya dolların ucuzlaşması və xüsusilə də, Davosda yüksək rütbəli şəxslərin dollar ilə bağlı fikirləri ilə əlaqələndirilsə də, əslində, bu prosesə təsir edən amillər başqadır. Düzdür ki, noyabr ayında başlayan bu tendensiyaya, dekabr ayının sonuna kimi davam etdiyi müddət ərzində, dolların qiymətinə mənfi təsir edən amillər, böyük roll oynamışdır. Belə ki, Avrozonada fundamental göstəricilərin müsbət açıqlanması fonunda avronun bahalaşması ilə yanaşı, ABŞ-da yeni vergi siyasəti və xarici siyasəti ilə bağlı müzakirələr və FED-in gələcək siyasəti ilə bağlı qeyri-müəyyənliklər dolların ucuzlaşmasına da təsir etmişdir. 


Image title


Yanvar ayında isə avronun bahalaşaraq, artıq 3 ilin maksimum səviyyələrini qırması, burada mənzərəni dəyişdi, çünki buna kimi investorlar Avrozonada açıqlanan müsbət fundamental göstəricilərə ehtiyatlı yanaşır və avronun yenidən ucuzlaşa biləcəyini proqnozlaşdırırdı. Lakin Avro/Dollar qiymətində müşahidə edilən "Buğa trendi" daha da gücləndi və bu, birbaşa dolların da ucuzlaşmasına səbəb oldu. Məhz bundan sonra ABŞ rəsmiləri dolların qiymətində müşahidə edilən ucuzlaşmaya şərh verdilər. Mnuginin Davosda "ucuz dollar ABŞ iqtisadiyyatı üçün riskli deyil" fikri dolların ucuzlaşmasına təsir edən amil kimi yox, dolların ucuzlaşmasına şərh kimi qiymətləndirilməlidir. 


Image title


Beləliklə, burada avro kimi aparıcı valyutaların qiymətlərində müşahidə edilən bahalaşmanın məhz dolların qiymətinə təsir edən amil kimi qiymətləndirilməlidir, tərsinə yox. Bu səbədəndir ki, bu gün Avropa Mərkəzi Bankının sədri Mario Draqinin çıxışından sonra qlobal bazarlarda aktivliyin artdığının şahidi oluruq. Nəzərə almaq lazımdır ki, ABŞ-dan sonra dünyada ən böyük iqtisadi güc Avrozonaya aiddir. Bank sədrinin isə bazar ertəsi Strasburqda AB parlamentində kredit dövriyyəsinin çox aşağı olmasını bildirməsi, bu gün avronun ucuzlaşmasına təsir edir. 


Image title


Yuxarıdakıları nəzərə alaraq, gələcək müddət ərzində Avrozonada inflyasiya, investisiya və kredit dövriyyəsi ilə bağlı açıqlanacaq fundamental göstəricilərin önəmliyinin artdığını qeyd etmək lazımdır. Bununla yanaşı, avro və digər aparıcı valyutaların qiymətlərində müşahidə ediləcək trendlər də diqqət mərkəzində saxlanılmalıdır. 




SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%