İlkin Alıyev

Analitik
Dolların cari səviyyələrində dalğalanmaya iqtisadiyyatın həssas reaksiyası son bir il ərzində bahalaşan dolların yenidən ucuzlaşa biləcəyinə işarədir
02 Aprel 2019

ABŞ iqtisadiyyatı dolların ucuzlaşmasını gözləyir

Beynəlxalq valyuta birjalarında son zamanlar investorların diqqət mərkəzində olan əsas amil dolların qiymətlərində dalğalanmadır və bu, digər bazarlarda trendlərə təsir edə bilən əsas səbəb kimi qiymətləndirilir. ABŞ iqtisadiyyatının cari vəziyyəti təhlil edildiyi zaman isə aydın olur ki, dollara olan tələb digər aparıcı valyutalara nisbətən yenidən zəifləyə bilər. 


Dekabr ayında ticarət olunan dolların qiymətləri ilə yanvar ayının səviyyələri müqayisə edildiyi zaman, Amerikanın xarici ticarətinə dair açıqlanan sonuncu fundamental göstəriciləri daha aydın başa düşmək olur. Yanvar ayında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin 2% ucuzlaşması, ticarət balansında mənfi saldonun 8.8 milyard dollar azalmasına səbəb olmuşdur.


Bundan sonra dolların qiymətləri yenidən dekabr ayı səviyyələrinə kimi bahalaşdı və bu gün bu səviyyələrdə də ticarət olunur. Bunun isə ABŞ iqtisadiyyatının xarici ticarətinə yenidən mənfi təsir edəcəyi ehtimalları yüksəkdir. Bunu gələcək günlər ərzində açıqlanacaq fundamental göstəricilər göstərəcəkdir. Bu baş verərsə, yəni statistik göstəricilər yenidən zəif açıqlanarsa, o zaman iqtisadiyyatın dollardaki cari dalğalanmaya mənfi göstəricilərlə reaksiyası onu göstərmiş olur ki, ABŞ məhsullarına tələb bura kimidir. Bunun da dollara olan tələbin yenidən azalmasına təsir edəcəyi proqnozlaşdırılır. 


Belə vəziyyətdə dünya iqtisadiyyatındaki inkişaf səviyyəsi də nəzərə alınmalıdır və son zamanlar ciddi maliyyə qurumları dünya iqtisadiyyatı üzrə proqnozlarını aşağı salmaqda davam edir. 


Beləliklə, dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşmanın dekabr ayı səviyyələrini keçməsi proqnozlaşdırılmır. Lakin digər aparıcı valyutaların ucuzlaşmasına təsir edə biləcək siyasi amillər də diqqət mərkəzində saxlanılmalıdır və bu, ani olaraq dollara olan tələbi yüksəldə bilər. 


Bura ABŞ ilə Çin arasında ticarət böhranının həll edilə bilməməsi və xaos yarada biləcək Breksit prosesi daxildir.


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%