Samir Əsədov

Müştərilərə Dəstək Mərkəzinin rəhbəri
Dolların aparıcı valyutalara nisbətən qiymətləri əlavə 2%-ə kimi bahalaşdıqdan sonra yenidən ucuzlaşmağa başlaya bilər
01 Noyabr 2018

Dolların qiymətləri ilin sonunda yenidən ucuzlaşa bilər

Dünya maliyya bazarlarında ABŞ dollarının aqressiv bahalaşması müşahidə edilir. Belə ki, bu bahalaşma fonunda EUR/USD cütlüyü yenidən 1.13 səviyyəsini, GBP/USD 1.27 səviyyəsini test etdi. Məqalənin yazılma vaxtında EUR/USD minimumlardan 70 point məsafədə 1.1370$-a ticarət olunur. GBP/USD cütlüyü isə Breksit ilə bağlı pozitiv məlumatlar fonunda 1.27$ minimumlarından dəstək alaraq, daha aqressiv artıma keçid edib və 1.29 hədlərinədək bahalaşmağa nail olub. Yaxın dövrlər üçün dollar indeksinin 1-2%-lik bahalaşması üçün dəhlizinin ola biləcəyi proqnozlaşdırılır. Amma ilin sonuna doğru dolların məzənnəsində enişlərin başlaması ilə EUR/USD və GBP/USD cütlüyünün artım trendinə keçidini görə bilərik.


2017-ci ilin əvvəlindən dollarda maksimum alış əməliyyatlarının ardından fyuçers bazarlarındakı hedç fondlar və  digər bazar iştirakçıları dollardakı təmiz alış əməliyyatlarının həcmini tədricən azaldırlar. Əsas drayverlər olan faiz dərəcələri və iqtisadi artım dollara əlavə dəstək ola bilər. Lakin geosiyasi risklərin ön plana çıxacağı da gözlənilir. Əsasən də ABŞ və Çin arasındakı gərginliyi vurğulamaqda fayda var. Bunun fonunda dolların artım potensialını 1-2% olaraq qiymətləndirərək, bunun ardında ilin sonuna və yeni ilin əvvəlinədək enişə keçidin başlayacağı ehtimal edilir.


EUR/USD məzənnəsinin ortamüddətli perspektivdə 1.16-1.19 zonasına, GBP/USD məzənnəsinin isə Breksit ilə bağlı razılaşmanın əldə olunması və ucuzlaşacaq dollar fonunda 1.33-1.36 zonasına kimi artımı proqnozlaşdırılır. Risk həddləri Avro üçün 1.1180-1.1240, GBP/USD üçün 1.2580-1.2620 zonasını qeyd etmək olar.


Yatırımlarınızda Uğurlar!


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%