İlkin Alıyev

Analitik
Qlobal iqtisadiyyatda ticarət dövriyyəsinin və investisiyaların yenidən arta biləcəyi ehtimalları yeni imkanlar yaradır
06 May 2020

Dünya birjalarında son vəziyyət

Beynəlxalq valyuta birjalarında ən çox ticarət edilən avro və funtun qiymətlərinin son iki ay ərzində təzyiq altında olduğunun şahidi oluruq. EUR/USD məzənnəsi ucuzlaşaraq 1.08$ ilə son 3 ilin minimumlarına yaxın, GBP/USD məzənnəsi isə 1.24$ ilə önəmli müqavimət səviyyələrinin altında ticarət edilir. Bununla yanaşı, foreks bazarlarında dollara olan tələbin də məhdud səviyyələrdə olduğu müşahidə edilir. 


Bütün bunlar isə alternativ yatırım alətlərinə, xüsusilə də əlvan metallar bazarlarında qızıla olan tələbin artması ilə əlaqədardır. Qızılın bir qram üzrə qiyməti hazırda 55$ ilə son 7 ilin maksimumlarında təklif edilir. Digər yandan mərkəzi bankların da faizlərini azaltması, valyuta birjalarında kapital yatırımlarını azaldır. 


Sözügedən tendensiyanın əsasında isə qlobal iqtisadiyyatın zəifləməsi dayanır. Lakin son günlər dünya mediasında dünyada tətbiq edilən sosial və iqtisadi məhdudlaşmaların artıq aradan qaldırılacağı xəbərləri, qlobal iqtisadiyyatda ticarət dövriyyəsinin və investisiyaların yenidən arta biləcəyinə işarədir. 


Bu ehtimallar enerji birjalarında neftə olan tələbin yenidən artmasına səbəb olur. Avropanın Brent neftinin bir barel qiyməti artıq iki həftə ərzində 102% bahalaşıb və hazırda 31$-ın üzərində ticarət edilir. 


Neft fyuçersləri ilə yanaşı, təbii qazın, şəkərin, pambığın və gümüşün qiymətində də artım tendensiyasının yaranacağı proqnozları artıb. Bu isə cari şəraitdə treyderlər üçün birjalarda əlavə investisiya imkanları yaradır. 


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%