İlkin Alıyev

Analitik
Mərkəzi bankların siyasətində normallaşma ehtimalları gündəmdə aktuallaşsa da, təhlillər əksini göstərir
24 May 2018

Dünya iqtisadiyyatında nə baş verir?

Dünya valyuta birjalarında avro, funt və yen kimi aparıcı valyutaların qiymətlərində 2017-ci il üzrə dəyər artımlarının 38%-ə kimi gerilədiyi müşahidə edilir. Bu, inkişaf etmiş ölkə iqtisadiyyatlarında cari ilin 2-ci rübü ərzində geriləmənin davam etməsinin göstəricisidir. Dünya iqtisadiyyatı üzrə təhlillər isə böhranın uzunmüddətliyinə işarədir. 


Dünyada 2008-ci il maliyyə böhranından sonra mərkəzi banklar siyasətlərini yumşaltmaqla, 2017-ci ilə kimi dünya iqtisadiyyatlarına dəstək olsalar da, bu, yalnız böhranın təsirlərini azaltmağa kifayət etdi. Bunu yaxşı anlayan mərkəzi bank sədrləri də ölkə iqtisadiyyatlarına maliyyə dəstəyi ilə yanaşı hökümət tədbirlərinin də önəmliyini hər dəfə vurğulayırlar. Lakin vəziyyət burada ciddi irəliləyişlərin əldə olunmamasını göstərir. Bununla yanaşı, dünyada siyasi risklər də artmaqdadır. 


Bugünkü dünya maliyyə bazarlarındaki vəziyyət sadəcə dünya iqtisadiyyatında baş verənlərin əksidir. Mövzunu iqtisadi amillər konteksində saxlamaq şərti ilə dünya iqtisadiyyatının yavaşlamasına əsas təsir edən amillər arasında kredit dövriyyəsini qeyd etmək çox önəmlidir. Nümunə üçün qeyd edək ki, Avrozonada kredit dövriyyəsinin artım dinamikası 2017-ci ilə kimi yalnız 3%-ə kimi arta bildi. Bu da böhran illərindən əvvəlki illərlə müqayisədə çox aşağıdır. Nəzərə alınsa ki, 2018-ci ildən iqtisadi yavaşlama dərinləşir, mərkəzi bankların alətləri tükənmək üzrədir, Avropada investisiyalar və islahatlar ləngiyir, onda kredit dövriyyəsinin də yenidən azala biləcəyi proqnozlaşdırıla bilər. Yaponiya və Ingiltərə üçün də eyni sözləri demək mümkündür. Amerika Mərkəzi Bankı (FED) isə çərşənbə günü (24.05.2018) yayımladığı pul-kredit siyasəti protokolunda, gələcək faiz artımları fonunda dəqiq fikirə sahib olmadıqlarını göstəriblər. 


Beləliklə, görünən odur ki, dünya iqtisadiyyatı 2018-ci ildə 2017-ci ilin artımlarından qismən faydalansa da, bu, uzun illərin çətinliyi qarşısında zəif olaraq qalacaq və 2019-ci ildə böhran daha da  güclənə bilər. Təhlillər isə onu göstərir ki, dünya iqtisadiyyatında böhran 2021-ci ilə kimi davam edə bilər. Burada siyasi risklərin də artması öz təsirini göstərmiş olacaq. 


Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, mərkəzi bankların siyasətində normallaşma ehtimlaları, nə qədər gündəmdə aktuallaşsa da, getdikcə zəifləməkdədir. Bu baxımından gələcək aylar ərzində açıqlanacaq fundamental göstəricilər də diqqət mərkəzində saxlanılmalıdır. 


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%