Səbinə Bağırova

Yatırım məsləhətçisi
Bu həftə Britaniyanın əmək bazarı ilə bağlı açıqlanacaq göstəricilər önəmli hesab edilir
18 Oktyabr 2016

Böyük Britaniyada işsizliyin arta biləcəyi gözlənilir

Bu həftə Böyük Britaniya üçün önəmli həftələrdən biridir. Belə ki, Britaniya iqtisadiyyatı üçün önəmli olan Pərakəndə satış həcmi, Əmək haqqının orta səviyyəsi və İşsizlik müavinəti ilə bağlı müraciətlərin sayındakı dəyişiklik kimi göstəriciləri dərc olunacaq.


BREXIT refendumu sonrası periodu yaşayan Britaniya iqtisadiyyatı hələ də bərpa oluna bilməmişdir. Belə ki, funt nəinki Brexit öncəsi 1.43 - 1.45 dollar səviyyələrinə qayıda bilməmişdir, hətta son 30 ilin minimum səviyyəsi sayılan 1.15-lərə qədər eniş etmişdir. İngiltərə Mərkəzi Bankının sədri Mark Karninin son çıxışı zamanı inflasiya üzrə gözləntilərinin 2% üzərində olmasına baxmayaraq, pul-kredit siyasətinin sərtləşdirilməsi istiqamətində hər hansı bir qərarın qəbul olunmadığını qeyd etmişdi.


Funtun korrektiv artıma cəhdləri olsa da, investorların hələ uzun müddətli əməliyyatlar üçün hazır olmamaları, GBP/USD cütlüyü üzrə qiymətin 1.2325 səddini yuxarı istiqamətdə keçə bilməməsinə səbəb olur.


İstehlakçı qiymətləri indeksinin gözlənti (0.9%) ilə müqayisədə daha yüksək (1.0%) dərc olunması, funtun artım istiqamətinə dogru hərəkətliliyini dəstəkləmişdir. Əmək bazarındakı gözləntilərə görə isə İşsizlik müavinəti ilə bağlı müraciətlərin sayının ötən ay ilə  (2.4 K) müqayisədə nisbətən çox (3.0 K) açıqlana biləcəyi, digər tərəfdən Pərakəndə satış həcmi göstəricisində ötən ayla (-0.2%) müqayisədə artım (0.4%) gözləntisi, funtun istiqamətliliyində müəyyən tərəddüdlər yarada bilər.


Texniki olaraq ümumi baxış keçirdiyimiz zaman funtun sərhəd səviyyələri eniş istiqaməti üçün 1.2100, artım istiqamətində isə 1.2320 hesab edilə bilər. Eniş istiqamətinin dərinləşməsi, funt üçün yeni tarixi minimumlara yol açacağı ehtimal olunur. Artım istiqamətində isə növbəti hədəflər 1.2360, 1.2480 səviyyələri  optimaldır.


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%