İlkin Alıyev

Analitik
Maliyyə bazarlarında investorların avroya olan tələbatlarının artıdığı müşahidə edilir
05 Yanvar 2017

EUR/USD son 2 gündür bahalaşır

Avrozonada iqtisadi göstəricilərin yaxşılaşması, avronun dünya birjalarında qiymətinə müsbət təsir edir. 


Çərşənbə günü Avropanın statistika mərkəzi "EuroStat"-ın açıqladığı rəsmi məlumatlara görə, Avrozonada inflyasiya 2016-ci ildə 1.1% olub. Açıqlanan göstərici 1-ci hesablanma olsa da, maliyyə bazarlarında EUR/USD məzənnəsi yanvar ayının 16-da yayımlanacaq 2-ci yekun hesablanmanı gözləmədən bahalaşma ilə artıq müsbət reaksiya verib. Belə ki, EUR/USD məzənnəsi çərşənbə günü 1.0389$-dan 1.0575$-a kimi bahalaşıb. 


Eyni zamanda, yanvar ayının 9-da da 2013-ci ilin əvvəllərindən etibarən azalmağa başlayan noyabr ayı üzrə işsizlik səviyyəsinin də açıqlanması gözlənilir. Oktyabr ayında isşizlik 9.9%-dən 9.8%-ə kimi azalmışdı.


EUR/USD məzənnəsinin texniki mənzərəsi ilə tanış olduqda, qiymətin 1.0570$-ın üzərində möhkəmlənməklə 1.0640 və 1.0723$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. FED-in sonuncu toplantı protokolunda isə ABŞ-ın yeni prezidenti Donad Trampın planlaşdırdığı fiskal siyasətin və əmək bazarında vəziyyətin gələcəkdə inflyasiyaya necə təsir edə biləcəyi gözləntiləri fonunda faiz artımında FOMC üzvləri arasında fikir ayrılığı yaranıb və narahatlıqlar artıb. Bu isə investorların dollara münasibətdə ehtiyatlı davrnamalarına səbəb olmaqla yanaşı digər valyutalara olan tələbatını da artırır.


Cümə günü Bakı vaxtı ilə saat 17:30 isə Amerikanın əmək bazarı ilə bağlı statistik göstəricilər açıqlanacaq və maliyyə bazarlarında Amerikanın isşizlik səviyyəsinin artması gözlənilir. Amerikanın əmık bazarında ən önəmli göstəricisi olan "NFP" göstəricisi üzrə artım gözləntiləri də yüksək qiymətləndirilmir, çünki noyabr ayında 178 min nəfərlik artım dekabr ayında işsizlik səviyyəsinin azalma gözləntiləri üçün kifayət etməyib.

Image title


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%