İlkin Alıyev

Analitik
Avrozona və İngiltərə iqtisadiyyatlarında son aylar müşahidə edilən durğunluq özünü avro və funt sterlinqin qiymətlərində də göstərir
12 Mart 2018

EUR/USD və GBP/USD məzənnələrində son vəziyyət

Dünya valyuta birjalarında avro və funt sterlinq qiymətlərində yanvar-fevral aylarında müşahidə edilən üfüqi dalğalanma, mart ayında da davam etməkdədir. 


Avrozonada iqtisadi inkişaf dinamikasının 2017-ci il ərzində güclənməsi (2.7%) özünü EUR/USD məzənnəsində də əks etdirirdi. Belə ki, məzənnə 1.03$-dan 1.22$-a kimi 18% bahalaşmışdır. İnflyasiyanın isə Avropa Mərkəzi Bankının (AMB) iki faizlik hədəfindən uzaq olmasına baxmayaraq, iqtisadi inkişafın güclənməsi fonunda burada da artımın güclənə biləcəyi gözlənilirdi. Lakin yanvar və ferval ayında inflyasiya göstəricilərinin 1.5%-dən 1.2% azalması, özünü avro/dollar valyuta cütlüyünün qiymətində də göstərməyə başladı. 


Keçən həftənin cümə axşamı AMB sədri Mario Draqinin isə yumşaq monetar siyasətin bundan əlavə genişləndirilməyəcəyi ilə bağlı fikirləri isə, görünür, hələ bazar iştirakçıları tərəfindən "isti" qəbul edilmir. Bu baxımından, bu həftə açıqlanacaq fundamental göstəricilər önəmli rol oynayacaqdır. 


Bununla yanaşı, Almaniyada son 5-6 ay ərzində yeni hökümətin qurulması böhranı və bu yaxınlarda İtaliyada yeni parlament seçkisinin də yeni hökümətin qurulmasının ərtələnməsi ilə nəticələnməsi, ümumilikdə Avropada istehlakçı rifahına mənfi təsir edir. Bu, AMB-nin hər mətbuat konfransında vurğuladığı lazımi iqtisadi islahatları da ləngidir. 


Beləliklə, EUR/USD məzənnəsi 1.23$ ətrafında ticarət edilməkdə davam edir və yuxarıda toxunulan mövzularla bağlı gələcək günlər ərzində hər hansı bir irəliləyişlər müşahidə edilərsə, məzənnənin artım dalğası yenidən güclənə bilər. 


Image title


İngiltərə iqtisadiyyatının təhlili zamanı isə iqtisadi inkişaf dinamikasının (1.8%) yüksək inflyasiyanın (3%) mənfi təsiri altında qaldığının şahidi oluruq. Bu səbəbdən İngiltərə Mərkəzi Bankı da yumşaq monetar siyasətindən qismən uzaqlaşaraq, inflyasiyanın azaldılmasına çalışır. İngiltərədə yüksək inflyasiyanın iqtisadi rifaha mənfi təsiri özünü GBP/USD məzənnəsində də göstərir. 


İngiltərənin Avropa Birliyindən ayrılması prosesi (ing.: "BREXIT") fonunda danışıqların ikinci mərhələsinin əsası isə 2017-ci ilin sonunda qoyulsa da, burada da ciddi danışıqlar hələ başlamayıb. Danışıqların ikinci mərhələsi "BREXIT"-dən sonra İngiltərə ilə AB arasında iqtisadi münasibətlərin razılaşdırılmasını təşkil edir. İngiltərə höküməti özü danışıqların bütün mərhələlərini tez bir zamaqnda bitirməyə çalışır ki, 2019-ci ilin mart ayının sonuna kimi AB-dən çıxsın. 


2017-ci ilin oktyabr ayından etibarən 1.15$-dan 1.37$-a kimi 19$ bahalaşan Funt/Dollar valyuta cütlüyünün qiyməti, bütün sadalanan amillər ilə 1.38$ ətrafında dalğaslanmaqdadır. Lakin funt sterlinqin qiyməti üzrə proqnozların da əsas yükü artım istiqamətindədir. 


Image title


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%