İlkin Alıyev

Analitik
Avro və Funtun qiymətlərinə dəstək ola biləcək önəmli fundamental amillər diqqət mərkəzində saxlanılmalıdır
02 Oktyabr 2018

EUR/USD və GBP/USD qiymətləri üzrə senarilər

Beynəlxalq valyuta birjalarında avro, funt sterlinq kimi aparıcı valyutaların dollara nisbətən məzənnələrində dalğalanmanın son zamanlar artması, eyni zamanda müxtəlif senariləri də yenidən təhlill etməyi tələb edir. 


EUR/USD və GBP/USD məzənnələrində avqust ayından etibarən başlayan artım dalğası, sentyabr ayında qırılaraq ucuzlaşma ilə əvəz edilməsi, korrektiv qiymətləndirilirsə də dalğalanmanın son günlər sürətlənməsi, avronun sentyabr ayının minimum səviyyəsini qırması, bu proqnozlara qarşı şübhələrin artmasına səbəb olur. Bununla yanaşı, məzənnələrdə növbəti artım dalğasına dəstək ola biləcək fundamental amillərin mənzərəsi də bu şübhələri artırır. 


Avronun və Funtun qiymətlərində bahalaşmanın müvafiq olaraq 1.18 və 1.32$-ın yuxarı istiqamətdə qırılması ilə nəticələnməsi, növbəti qlobal artım dalğasına işarə olmaqla, yuxarıdakı sözügedən proqnozu gücləndirmişdir. Bundan sonra avro və funtun bu səviyyələrin üzərində möhkəmlənə bilməməsi və 2% ucuzlaşmaları belə ilk anlarda korrektiv qiymətləndirilirdi. Lakin proqnozun senarisinə uyğun olaraq, son günlər qiymətlərin artıq cari səviyyələrdən yenidən yuxarı istiqamətdə dönməyə başlamaları ehtimal edildiyi təqdirdə, qiymətlərdə aşağı istiqamətli volatillik daha da artıb.


Avro və Funtun qiymətlərinin cari səviyyələrdən yenidən bahalaşmaları üçün dəstək ola biləcək önəmli fundamental amillər isə İngiltərə ilə Avropa Birliyi (AB) arasında "BREXIT" sazişinin razılaşdırılması, AB daxilində İtaliyanın yeni büdcə siyasətinin həll olunması, Avrozonada inflyasiyanın artması, Avrozona və İngiltərə iqtisadiyyatlarında iqtisadi inkişaf dinamikalarının güclənməsi və İngiltərə Mərkəzi Bankının (ing.: "BoE") faiz artımı qərarı ola bilərdi.  Sadalanlar istiqamətdə isə bugünə kimi ciddi irəliləyişlər müşahidə edilməyib və diqqət mərkəzində saxlanılmalıdır. 


Image title


Image title


Texniki analizləri isə onu deməyə əsas verir ki, avronun qiymətində cari ucuzlaşma 1.1497, funtun qiyməti isə 1.2906$-a kimi davam edə bilər. Bu səviyyələrdən yenidən bahalaşmağa başlayaraq, növbəti artım dalğasına qədəm qoya bilərlər. Əks təqdirdə, yəni qiymətlər bu səviyyələrin də altında qalaraq, müvafiq olaraq 1.1329 və 1.2661$-a kimi də ucuzlaşarsa, bu zaman 2018-ci ilin fevral-aprel aylarından başlayan qlobal eniş dalğasının davamından danışmalı olacağıq. 


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%