İlkin Alıyev

Analitik
Foreks bazarlarında çərşənbə günü müşahidə edilən trend, gələcək günlər ərzində daha da güclənə bilər
21 Sentyabr 2017

FED-in "QE" qərarı nəyə səbəb ola bilər?

Amerika Mərkəzi Bankının (FED) çərşənbə günü açıqladığı qərarı, foreks bazarlarında dolların aparıcı valyutalara nisbətən orta qiymətinin 1.3% bahalaşmasına təsir etsə də, cümə axşamı Avropa sessiyasında dolların qismən geri çəkildiyinin şahidi oluruq. Bu isə açıqlanan yekdil qərarın dünya birjalarında təsiri fonunda şübhələrin qalması ilə əlaqəlidir. Buna baxmayaraq, foreks bazarlarında çərşənbə günü müşahidə edilən trend, gələcək günlər ərzində yenidən güclənə bilər. 


FED çərşənbə günü uçot faiz dərəcəsinin yuxarı sərhədini 1.25% səviyyəsində saxlasa da, istiqraz alışı proqramını (ing.: "QE") dayandırmağı qərara alıb. 2008-ci ildə ABŞ-da maliyyə böhranı pik hədlərinə çatanda, FED ölkə iqtisadiyyatına dəstək olmaq üçün "QE" proqramı çərçivəsində özəl və dövlət istiqrazlarını almağa başladı. Üçüncü "QE" proqramı isə 2014-ci ilin oktyabr ayına kimi davam etdi və nəticədə FED-in istiqraz portfelində 4.5 trilyon dollar dəyərində aktivi yığıldı. Dünən verilən yeni qərarə əsasən isə sözügedən aktivlər cari ilin oktyabr ayına kimi saxlanıldıqdan sonra portfel azaldılmağa başlanılacaq. İlkin açıqlanan planda FED-in hər ay 10 milyard dollar dəyərində aktivlərini azaldacağı göstərilir və bu məbləğ 2018-ci ilin oktyabr ayına kimi 50 milyard dollara çatdırılacaq.


Dünən Bakı vaxtı ilə saat 22:30-da mətbuat konfransında da çıxış edən FED sədri Janet Yellen, ölkədə məşğulluq səviyyəsinin yaxşılaşmasının, ölkə iqtisadiyyatına da müsbət təsir etdiyini vurğulayıb. Beləliklə, uçot faiz dərəcələri sabit saxlanılsa da, "QE" proqramı qərarı eyni zamanda, faiz dərəcələrinin gələcəkdə daha da artırılacağı gözləntilərini gücləndirir. Bu da öz növbəsində beynəlxalq maliyyə bazarlarında dolların yenidən bahalaşması ilə yanaşı, son aylar sürətlə bahalaşan avro və digər aparıcı valyutaların da yenidən ucuzlaşmasına təsir edə bilər. 


Qeyd etmək lazımdır ki, Avropa Mərkəzi Bank (AMB) sədri Mario Draqi və Janet Yellen sonuncu çıxışlarında son aylar EUR/USD məzənnəsinin sürətli bahalaşmasını qeyri-müəyyənliklərlə əlaqələndiriblər. Lakin artıq mərkəzi banklar tərəfindən ciddi qərarların qəbulu qeyri-müəyyənlikləri də qismən aradan qaldırır. 


Dollar indeksi üzrə önəmli müqavimət səviyyəsi isə 93.18 punktdur. Bu müqavimət səviyyəsinin qırılması, indeksin artım dalğasının 94.00, 95.33 və 95.90 punkta kimi sürətlənməsinə səbəb ola bilər.


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%