Samir Əsədov

Müştərilərə Dəstək Mərkəzinin rəhbəri
"BREXIT" fonunda ucuzlaşan funt sterlinqin qiyməti daha da ucuzlaşa bilərmi?
11 Yanvar 2017

Funt sterlinqin qiymətinə baxış

Britaniya funt sterlinqi müşahidə etdiyimiz kimi bir neçə gün ərzində aqressiv eniş edərək  1.2100 həddinə çatmışdır. Bunun səbəbi kimi Brexitlə bağlı müzakirələrin sərt getməsini göstərmək olar. Lakin hazırda Britaniya hökümətinin Avropa Birliyindən çıxış prosedurunu necə həyata keçirməsi və AB ilə danışıqlarda nəyə nail olmaq istəməsi ilə bağlı dəqiq məlumat yoxdur. Digər tərəfdən qeyd etmək lazımdır ki, Böyük Britaniyanın baş naziri Tereza May çıxışları zamanı bildirmişdir ki, onun Brexitlə bağlı artıq hazırlanmış bir planı var, lakin bu planı yaxın bir neçə həftədə açıqlayacaq.


Bir çox analitiklər, bank nümayəndələri isə ehtimal edirlər ki, Britaniya höküməti özü də hamı kimi çaşqınlıq içindədi.


Bütün bunları nəzərə alaraq hazırda bazar iştirakçılarını düşündürən bir sual var: Funt enişi davam etdirəcək, yoxsa tez bir zamanda əvvəlki diapazonuna qayıdacaq?


Bu sualın cavabı əsas 3 faktordan asılıdır:


  1. Bazara Brexitlə bağlı yeni məlumatlar daxil olmalıdı. Təcrübə göstərir ki, əlavə aqressiv çıxışlar olmadığı halda, funta qarşı neqativ münasibət tez bitir.

  2. Makroiqtisadi vəziyyət investorların əhvalına təsir edə bilər.
    Britaniya iqtisadiyyatı təsadüfi olsa da özünü dözümlü göstərir. Belə ki, sonuncu göstəricilər böyük ölçüdə iqtisadiyyatda bərpa prosesini və bəzi sahələrdə hətta artımın olduğunu göstərir.  Funtun devalvasiyası fonunda inflyasiyanın da artmasını qeyd etməkdə fayda var.  Bu gün Bakı vaxtı ilə saat 13:30 da sənaye istehsalının həcmi ilə bağlı göstəricilər də dərc olunacaq. Proznozlara görə, burada da 0.5%-lik artım ehtimal edilir. Ümumiləşdirərək, qeyd etmək istərdik ki, makroiqtisadi göstəricilərin artıması fonunda funtun qiymətində artım tendensiyası qısa zamanda başlaya bilər.

  3. Dolların dinamikası da dolayısıyla funta təsir edir. Dolayısıyla təsir etməsinin səbəbi isə funtun digər valyutalardan fərqli olaraq daha çox daxili faktorlara reaksiya verməsilə bağlıdır. Bunlara misal olaraq, yuxarıda da qeyd olunduğu kimi Brexit məsələsini, makroiqtisadi vəziyyəti və artan infyasiya fonunda Britaniya Mərkəzi Bankının faiz dərəcələrini qaldırması ehtimallarını və s. göstərmək olar.


Yekun olaraq isə bu gün Bakı vaxtı ilə saat 20:00 da Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın çıxışının olacağını qeyd etmək istərdik. Çıxış öncəsi bazar iştirakçılarının riskləri kontrol etmələri səbəbindən dollarda olan alış əməliyyatlarını fiks edəcəyi istisna edilmir. Ehtimallar isə seçki günü olan reaksiyanın təkrarlanacağı istiqamətindədi.


İnvestAZ investisiya şirkəti investisiyalarınızda uğurlar arzu edir!

SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%