Mircəlal Sultanov

Yatırım məsləhətçisi
Beynəlxalq maliyyə bazarlarında son günlər funtun qiymətinin bahalaşması investorların diqqət mərkəzindədir.
15 Oktyabr 2019

GBP/USD cütlüyü və Breksit məsələləri

Keçən həftə İngiltərə baş naziri Boris Conson və İrlandiyalı həmkarı Leo Varadkarın görüşündən sonra GBP/USD məzənnəsində bahalaşma qeydə alınaraq, 1.27 səviyyəsindən yuxarı hərəkət edib. 


Breksit mövzusu hazırda bəlli olmasa da, İrlandiyanın bir çıxış yolu təklif etməsi onu göstərir ki sazişsiz Breksitdən çıxmağın qarşısını almaq olar. Sazişsiz Breksitdən çıxılarsa, bu, həm İngiltərə iqtisadiyyatı, həm də GBP valyutası üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. 


Lakin bununla yanaşı, Consonun 19 oktyabra qədər AB-dən ayrılmaq üçün təsdiq alması çətin görünür. Buna görə də ilk mərhələdə yenidən 3 aylıq təxirə salınma ehtimalı daha yüksəkdir. 


Təhlillər onu göstərir ki, uzun müddətli perspektivdə GBP/USD cütülüyü artım trendi quracağı təqdirdə qiymət 1.27355, 1.27641 və 1.29006 səviyyələrini test edə bilər. 


Əks halda, funt 1.26100 səviyyəsindən aşağı doğru hərəkət edərsə, növbəti kəsilə biləcək hədəflər 1.25906 və 1.24149$-dır. Eniş trendi davam edərsə, qiymət 1.22688 həddini görə bilər.


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%