İlkin Alıyev

Analitik
Funtun bahalaşmasına səbəb olan amillər, gələcək günlərdə öz təsirini itiriə bilər
04 Dekabr 2017

GBP/USD məzənnəsi yenidən ucuzlaşa bilər

Dünya valyuta birjalarında funt sterlinqin qiymətində keçən həftə ərzində müşahidə edilən bahalaşma, müvəqqəti amillərlə qiymətləndirilir və son bir neçə ticarət sessiyasında başlayan ucuzlaşmanın daha da güclənə biləcəyi proqnozlaşdırılır. Bunun ən önəmli səbəbi İngiltərə hökümətinin və funt sterlinqinin-iqtisadiyyatının "BREXIT" danışıqları fonunda, təzyiq altında olmasıdır. Burada hər hansı irəliləyişlərin rəsmi təsdiqini tapması isə investorlar üçün gələcək günlərdə vacib rol oynayacaqdır. 


Keçən həftə dünya mətbuatında İngiltərə ilə Avropa Birliyi arasında "BREXIT" danışıqları fonunda müəyyən razılığın əldə olunması xəbəri yayıldı. Belə ki, "Dayli Teleqraf"-ın verdiyi xəbərdə İngiltərənin Avropa Birliyindən ayrılması ("BREXIT") qarşılığında Londonun Brüsselə 45-55 milyard avro ödəyəcəyinin razılaşdırıldığı yazılıb. Bundan sonra GBP/USD məzənnəsi foreks bazarlarında 1.3549$-a kimi 2.5% bahalaşdı. 


Lakin bu razılığın Avropa Birliyi və eyni zamanda, İngiltərə hökümətləri tərəfindən təsdiq olunmasının zəruriliyi investorlar üçün önəmli olmalıdır. Bu fikirlər isə gələcək günlər ərzində maliyyə bazarlarında funtun gələcək qiyməti fonunda önəmli rol oynayacaqdır. Bununla yanaşı, son günlər yenidən dolların güclənməsinə təsir edə biləcək, hadisələrin gedişatlarında inkişafın müşahidə edilməsi, GBP/USD məzənnəsini təzyiq altında saxlayacaq. ABŞ-da makro iqtisadi göstəricilərin müsbət açıqlanması, Amerika Mərkəzi Bankının (FED) gələn həftə faiz artımına gedəcəyi gözləntiləri və yeni vergi qanunu ətrafında uğurlar, dolların aparıcı valyutala nisbətən orta qiymətinin bahalaşmasına səbəb ola bilər. 


Qeyd etmək lazımdır ki, "BREXIT" prosesində AB-Komissiyasının 60 milyard avro tələb etməsi, danışıqların əsas "düyünü" hesab edilir. AB-nin dekabr ayının 14 və 15-də baş tutacaq zirvə toplantısında isə bununla bağlı razılaşma əldə edilə bilər. Məhz bundan sonra İngiltərə ilə AB arasında gələcək ticarət əlaqələrinin müzakirələri başlayacaqdır. Lakin hələlik AB-Komissiyası xəbərə mövqeyini bildirməyib. "BREXIT" danışıqları fonunda gələcək ticarət əlaqələrinin müzakirələri İngiltərə üçün daha çox prioritet hesab edilir, çünki İngiltərə iqtisadiyyatı cari qeyri-müəyyənlikdən əziyyət çəkir. Zaman isə daralır - 2019-ci ilin mart ayına prosesin bitməsi planlaşdırılır. 


GBP/USD məzənnəsinin texniki analizi ilə tanış olduğumuz zamanı, 1.3549$-dan 1.3418$-a kimi ucuzlaşan qiymətin, eniş dalğasının daha da sürətlənməsi üçün 1.3415$-ın aşağı istiqamətdə qırılması və bu səviyyənin altında qalması böyük əhəmiyyət kəsb edir. Hətta bu, baş verməmişdən öncə qiymətdə 1.3660$-a kimi spekulyativ artımların da şahidi ola bilərik. 


Image title


Eniş dalğası üzrə önəmli dəstək səviyyələri isə 1.3337 və 1.3174$-dır. 

SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%