Samir Əsədov

Müştərilərə Dəstək Mərkəzinin rəhbəri
Ölkələr arasında ticarət münasibətləri fonunda gərginlik, "BREXIT" danışıqları və Tramp ilə Putin arasında görüş investorların diqqət mərkəzində
26 İyun 2018

Gələcək günlərin trendini müəyyən edə biləcək faktorlara baxış

Dünya maliyyə bazarları son günlərdə ölkələr arasında formalaşan yeni ticarət münasibətləri və bu mövzuda tərəflərin bir-birilərinə qarşı tətbiq edəcəyi yüksək gömrük tariflərinin təsiri altında hərəkət edir.


ABŞ digər ölkələrə qarşı müxtəlif məhsullar üzrə tariflər təyin etməyə başlamışdır ki, bu da öz növbəsində istər valyuta məzənnələrində, istərsə də fond indexlərinin qiymətlərində öz əksini tapmaqdadır. Qiymətlərlə tanış olduğumuz zaman dolların müəyyən qədər stabilliyini qoruduğunu görərik. Bunun əsas səbəblərindən biri kimi bazar iştirakçılarının ticarət münasibətlərinin çətinləşdiyi bir şəraitdə daha çox dollar və yapon yenasına üstünlük vermələridir. Digər bir maraqlı hal isə ondan ibarətdir ki, qızılda hər hansı alış maraqları hiss olunmur. Əksinə, qızıl dəyər itirməkdə davam edir.


Ticarət müharibələrinə gəlincə, ötən həftənin cümə günü D. Tramp Avropa Birliyindən idxal olunan avtomobillərə 20% rüsum təyin edəcəyi ilə bağlı bəyanat verdi ki, Avropa Birliyi də buna cavab olaraq, eyni tədbirlərin görüləcəyini vurğulayıb. Bu da öz növbəsində, hələlik bazarlarda qeyri-müəyyən gərginliyin qorunması üçün şərait yaradır. Belə halda vəziyyətin yalnız normallaşması şəraitində dolların tədricən zəifləməsindən danışa bilərik. Əks halda, ticarət müharibələri ilə bağlı gərginliyin artması, əsasən dollara, yapon yeninə və ABŞ dövlət istiqrazlarına tələbin artması ilə nəticələnə bilər.


Bu həftə Avropa Birliyi Sammitinin keçiriləcəyi gözlənilir. Bu sammitin əsasən funt sterlinqə təhlükə yarada biləcəyi gözlənilir. 28-29 İyun tarixləri aralığında baş tutacaq sammitdə İngiltərə baş naziri Tereza May öz həmkarları ilə görüşmək niyyətindədir. Açıqlanacaq yekun bəyanatların isə bazarları hərəkətə gətirəcəyi gözlənilir. Ümumilikdə, “BREXIT” ilə bağlı gərginliyin aradan qalxmaması, hər an funtun məzənnələrində də öz əksini tapa bilər.


Ötən həftə İngiltərə Mərkəzi Bankının iclasında faiz artırılması ilə bağlı səs vermənin gözlənilməz 3 səslə artım istiqamətində nəticələnməsi, funta dəstək oldu ki, bunun nəticəsində qiymət 1.31 səviyyəsindən 1.33 səviyyəsinədək bahalaşmışdır. İngiltərə Mərkəzi Bankının baş iqtisadçısı Endi Xoldeynin fikrini dəyişərək, faiz artımını dəstəkləməsi, avqust toplantısında mərkəzi bankın faiz artımına getmə ehtimallarını müəyyən qədər artırır. Sonuncu toplantiya qədər ehtimal 49% idisə, toplantıdan sonra bu gözləntilər 70%-ə kimi yüksəlib. “BREXIT” məsələsində də müəyyən sabitlik yaranarsa, bu, funta ciddi dəstək ola bilər. Əks halda, bazar bir müddət 1.31-1.34 diapazonunda üfüqi hərəkətlə kifayətlənə bilər. Beləliklə, yaxın dövr üçün funt sterlinq məzənnələrinin birbaşa siyasi faktorlardan asılı ola biləcəyi proqnozlaşdırılır.


Digər maraqlı gözlənti isə Putin və Donald Trumpın görüşüdür. Ehtimal edilir ki, iyul ayının 15-də Vyanada görüş baş tutacaq. Detallar növbəti həftə açıqlanacaq.


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%