Samir Əsədov

Müştərilərə Dəstək Mərkəzinin rəhbəri
FED-in faiz qərarı gözləntiləri və ABŞ-da yeni vergi qanunun qəbulu foreks bazarlarında dollara tələbi artırıb
08 Dekabr 2017

Dollar və ABŞ iqtisadiyyatında mümkün ssenarilər

ABŞ dolları bir neçə faktorların hesabına dəstək alaraq, artıma davam edir. Bunlardan ən önəmlisi Amərika Mərkəzi Bankının (FED) növbəti həftənin çərşənbə günü - dekabrın 13-ü uçot faiz dərəcəsini qaldırması gözləntisidir. İkinci faktor isə yeni vergi qanununun qəbul olunmasıdır ki, bu da öz növbəsində, yaxın perspektivdə dollara olan tələbin daha da artmasına səbəb olmalıdır. Eyni zamanda, ölkə statistikasının son müddət açıqlamaları da iqtisadiyyatda artım trendinin qorunduğuna işarədir.


Çərşənbə axşamı “ADP” təşkilatı tərəfindən yeni iş yerlərinin sayı ilə bağlı dərc olunan göstəricilər, gözlənilən 185.000-ə qarşı daha yaxşı - 190.000 iş yerinin açıldığını bildirdi. Göstəricinin müsbət dərc olunmasına baxmayaraq, bazarın xəbərə reaksiyası məhdud müşahidə edildi. Dollar ilkin mərhələdə bahalaşsa da ardınca qazandığı mövqeyini itirdi. Lakin Amerika sessiyasının başlaması ilə qiymət yenidən tədricən bahalaşmağa davam etdi. Bu cür reaksiyanı belə izah etmək olar ki, bazar faiz dərəcəsinin yuxarı sərhədinin 0.25% artırılaraq, 1.50% olmasını və eyni zamanda vergi islahatlarına olan reaksiyanı artıq müəyyən dərəcədə nəzərə almışdır.  Senatın vergi islahatlarına müsbət cavabı da birjalarda dolların güclü artımına səbəb ola bilmədi.


Hal-hazırda-məqalənin yazıldığı vaxt da dollar müəyyən qədər bahalaşmasına təsadüf edir, lakin diqqətli olmaq lazımdır, çünki saat 17:30-da dərc olunacaq “NFP” göstəricisi ümumi mənzərəni dəyişə bilər. Ümumiyyətlə, bazarın bu vəziyyətində hadisələrin inkişafının iki ssenarisini qeyd etmək istərdim:


1-ci variant: Bazar faktiki olaraq vergi islahatlarını nəzərə alıb və növbəti mərhələdə diqqət mərkəzində inflyasiya göstəriciləri olacaq ki, FED-in faiz artımı qərarı üçün bu faktor çox önəmlidi;


2-ci variant: Bazar iştirakçıları yeni vergi proqramının detallarını görmək istəyirlər ki, bu islahatların iqtisadiyyata ədalətli təsirini qiymətləndirə bilsinlər və dollara tələbin artması üçün əsaslar görsünlər. Əgər həqiqətən islahatlar gələcək üçün perspektivli görünsə, bu, təbii ki, dollara olan tələbin artımasına və bir çox valyutaların dollara nəzərən zəifləməsinə səbəb ola bilər. Əks təqdirdə, dolların bahalaşmasını gözləməyə dəyməz.


EUR/USD cütlüyü 1.18 səviyyəsindən aşağıda ticarət edilir. Bu isə qısamüddətli perspektivdə nisbi gücün satıcılarda olduğuna işarədir. Bu səbəbdən qiymətin 1.18 həddinin altında qalması, 1.1740 və  1.1720 hədlərinədək enişə səbəb ola bilər. Xüsusi hədəf olaraq 1.1700-i də qeyd etmək olar. Aqressiv hərəkətlilik “NFP” xəbərinin dərci zamanı müşahidə edilə bilər. Qiymətin 1.18 həddinin üzərinə keçməsi, qiymətin yenidən 1.1860-1.1900 hədlərinə kimi bahalaşmasına, xüsusi olaraq isə 1.20 həddinədək artımına səbəb ola bilər.


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%